İrəvanda “yeni inqilab” kabusu: silahlı toqquşma ssenarisi... - TƏHLİL
Hadise
Oxunub: 376
9 dek 2018 | 17:13
İrəvanda “yeni inqilab” kabusu: silahlı toqquşma ssenarisi... - TƏHLİL














Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyət dərin olsa da, bu ziddiyyətlər tam çılpaqlığı ilə savaş, mübarizə meydanına çıxmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, indiki şəraitdə proqnoz vermək bir qədər çətindir:

“Ermənistanda siyasi qüvvələr hələ ki, bəyanatlar və açıqlamalarla bir-birlərinin ünvanına ittihamlar səsləndirir. İndiki şəraitdə seçkilərlə bağlı keçirilən sorğular Paşinyanın lideri olduğu Mənim Addımım Blokunun qalib gələcəyini göstərir. İkinci yerdə isə Çiçəklənən Ermənistan Partiyası qeyd olunur. Amma şübhəsiz ki, bunlar bir PR kampaniyasının tərkib hissəsi də ola bilər. Bu sorğuların yekun nəticələrə hər hansı bir formada təsir göstərməməsi də mümkündür. Hər şey seçkilərin necə keçiriləcəyindən və qüvvələr nisbətinin necə olacağından asılıdır. Nə baş verəcəksə, bu, çox güman ki, seçkilərdən sonra olacaq. Seçkilərdən qısa müddət sonra Ermənistanda daha sərt, daha amansız ikinci inqilab dalğası başlaya bilər. Hətta silahlı qarşıdurmanın da olması ehtimalı var. Ermənistan üçün bu qeyri-adi hal deyil. Nəzərə alaq ki, Qarabağ klanının əlində kifayət qədər kapital və silah-sursat var. Bu silah-sursat istənilən an Ermənistanda daxili çəkişmələrin predmetinə çevrilə, istifadəsinə gətirib çıxara bilər. Amma qətiyyətlə fikir söyləmək çox çətindir”.

Analitik qeyd edib ki, hətta Paşinyan yüksək səs çoxluğu ilə qalib gəlsə də, onun hələ uzun müddət Ermənistandakı proseslərə nəzarət etmək imkanları məhdud olacaq:

“Məsələnin bir tərəfi də ondan ibarətdir ki, Ermənistanda baş verən hadisələrdə daxili faktorlar əsasən ikinci planda dayanır. Ən önəmli rolu burada xarici faktorlar oynayır. Ermənistan bütün mövcudluğunu xaricdən əldə etdiyi vəsaitlər hesabına qoruyub saxlayır. Eyni zamanda hazırda Ermənistanla KTMT arasında da ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər artıq Rusiya-Ermənistan münasibətlərinə də keçib. Yəni təkcə Belarus, Qazaxıstan münasibətləri müstəvisində deyil, eyni zamanda, Rusiya ilə də Ermənistan arasında bu istiqamətdə kifayət qədər gərginliklər yaranıb”.

Analitik vurğulayıb ki, Ermənistan özünün təhlükəsizliyini müstəqil formada təmin edə biləcək potensiala malik olan ölkə deyil:

“Dövlətin mövcudluğu və özünü qoruması üçün bir neçə amil burada özünü göstərir. Bunlar birinci növbədə iqtisadi asılılığın olmaması, ikincisi, təhlükəsizliyinə təhdid yaradan amilləri müstəqil şəkildə aradan qaldırmaq bacarığı, üçüncüsü isə şübhəsiz ki, müstəqil xarici siyasət yürütməsidir. Bu üç amilin üçü də Ermənistana yaddır. Yəni həm iqtisadi, həm hərbi baxımdan Ermənistan tam asılı vəziyyətdədir. Təsəvvür edin, başqa bir dövlətin hərbçiləri onun sərhədlərini qoruyur, eyni zamanda, ərazisində başqa bir dövlətin hərbi bazaları var. Ermənistanda faktiki olaraq, simvolik bir hərbi sənaye kompleksi mövcuddur. Bunu hərbi sənaye kompleksi hesab etmək olmaz. Ölkədə bütün silah-sursat kredit hesabına Rusiyadan alınır. Onsuz da Rusiya Ermənistanı köhnə silah-sursatla təmin edir. Üçüncü amil isə xarici siyasətə mane olan faktorlardır. Bunların içərisində Rusiya və Qərb arasında Ermənistanın manipulyativ davranışlar, digər faktor isə erməni diasporunun təsir imkanlarıdır. Yəni göründüyü kimi, bütün bunlar Ermənistandakı daxili prosesləri tənzimləyən, onu hərəkətə gətirən çox ciddi amillərdir. Bu baxımdan təkcə Paşinyan və ona qarşı olan qüvvələri nəzərə almaqla Ermənistandakı hadisələri proqnozlaşdırmaq mümkün deyil”.

Analitik vurğulayıb ki, Ermənistanın xilası işğal prosesinə son qoyulması, regiondakı münaqişələrin həllindən asılıdır:

“Proqnozları ciddi şəkildə verməyə çalışsaq, bir neçə amili nəzərə almalıyıq. Rusiyanın indiki şəraitdə Ermənistana münasibəti, eyni zamanda, Qərbin bu məsələlərdəki mövqeyini və regiona müdaxilə etmək imkanlarının məhdudluğunu da nəzərə alsaq, o zaman belə bir şərait yarana bilər ki, Ermənistanda istənilən an vəziyyət dəyişə və ölkə qarşıdurma meydanına çevrilə bilər. Çünki Paşinyan yox, başqa biri də olsa, Ermənistanda mövcud reallıqlar dəyişmədikcə, regionda işğala son qoyulmadıqca, Ermənistan regionun vahid kommunikasiya sisteminin tərkib hissəsinə çevrilmədikcə, Ermənistanda hər şey mümkündür”.
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI