Bakıda və Şirvanda yol qəzaları baş verib
Hadise
Oxunub: 1 553
29 mar 2015 | 22:31
Bakıda və Şirvanda yol qəzaları baş veribPaytaxtda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Şirvan şəhərində baş verən yol qəzasında isə iki qardaşdan biri dünyasını dəyişib .

İlk hadisə paytaxtın Nizami rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb. 49 yaşlı Fərrux Şahmazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil, Ziya Bünyadov prospekti ilə metronun "Qara Qarayev" stansiyası istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxıb. Nəticədə VAZ-2107 qarşıdan gələn Orxan Nağıyevin idarə etdiyi "Chevrolet"lə toqquşub. Toqquşma çox güclü olduğundan VAZ -ın sürücüsü sükan arxasında dünyasını dəyişib. Fərrux Şahmazovun meyidinin deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. "Chevrolet" markalı avtomobil isə toqquşmadan sonra qəfildən alışıb. Sürücü Orxan Nağıyev və sərnişin Vüqar Əliyev hadisə şahidləri tərəfindən yaralı vəziyyətdə avtomobildən çıxarılıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları yanan avtomobili söndürülərək və alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb. Chevrolet isə yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Daha bir ağır yol nəqliyyat hadisəsi ötən gecə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər polis şöbəsindən verilən məlumata görə, Şirvan sakini, 30 yaşlı Məhəbbət Şirməmmədovun idarə etdiyi "VAZ 2101" markalı avtomobillə digər Şirvan sakini 39 yaşlı Rafiq Hümbətovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2101" markalı avtomobilin sürücüsü və avtomobildə olan qardaşı -25 yaşlı Cəmil Şirməmmədov ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü aldığı bədən xəsarətlərindən bu gün səhər saatlarında dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılıb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

http://kepeztv.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu