Generala mənfi xasiyyətnamə verilib - MƏHKƏMƏ
Hadise
Oxunub: 510
31 okt 2018 | 18:15
Generala mənfi xasiyyətnamə verilib - MƏHKƏMƏ















Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmədə Sübahir Qurbanovun vəkili Adil İsmayılovun hakimlər kollegiyasına etirazıyla bağlı qərar elan olunub. Hakim Sahibxan Mirzəyev bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etiraza baxıb və onu təmin etməyib.

Daha sonra vəkil İqbal Həsənov Dövlət Töhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini tələb edib. O bildirib ki, təqsirləndirilənlərin şəxsi işlərinin alınması istəyib: “Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərə DTX-nın İnspeksiya İdarəsinin verdiyi xasiyyətnamələr var. Dörd nəfərə - Sübahir Qurbanov. Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədova mənfi xasiyyətnamə verilib. Bu adamlar barədə nəyə əsasən mənfi xasiyyətnamə verildiyi məlum deyil. Özüm DTX-ya sorğu göndərsəm də, hüquqlarını müdafiə etdiyim F.Əliyev və Z.Məmmədovun şəxsi işini ala bilməmişəm. Halbuki bu adamlar dəfələrlə mükafatlandırılıblar, onlara niyə mənfi rəy verilməlidir?”

Təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev də narazılıq edib: “O çıxarış da xasiyyətnamə deyil, biz orada ittiham olunuruq. Təqsirsizlik prezumpsiyası pozulub. İstəyirik müdafiə hüququmuz təmin olunsun, heç olmasa, xasiyyətnamənin surəti göndərilsin”.

Vəkil bildirib ki, ittiham epizodlarından birində zərərçəkmiş MTN-dəki hədə-qorxulara görə evini satıb Füzuli Əliyevə verdiyini deyir. Lakin müvafiq icra orqanlarından alınan sənəddən görünür ki, onun dediyi ünvanda ümumiyyətlə, ev olmayıb: “Olmayan evi necə satıb verib bu?”

Müdafiəçi həmçinin MTN-ə giriş-çıxışlarla bağlı jurnalın alınıb baxış keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Məhkəmə noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

Bundan başqa təqsirləndiriləndən Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından azadlığa çıxıb.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu