Zəngilanın işğalından 25 il ötür
Hadise
Oxunub: 381
29 okt 2018 | 09:10
Zəngilanın işğalından 25 il ötür















Oktyabrın 29-da respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi.

Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi.

Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də işğalçılar tərəfindən talan edilir. Rayonun ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salınıb. Qoruqdakı qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

Doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında məskunlaşıblar. Digər məcburi köçkünlər kimi, onlar da dövlət qayğısı ilə əhatə olunublar, həyat şəraitləri getdikcə yaxşılaşır. Lakin bunların heç biri torpaq nisgilini ovuda bilmir. Doğma yurda qovuşmaq arzusu ilə yaşayan zəngilanlılar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına inanırlar (Azərtac).
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu