Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır"
Hadise
Oxunub: 437
25 okt 2018 | 17:59
Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır"
















Bakı şəhərində qanunsuz tikintilərə qarşı geniş kampaniya başladılıb. Şəhərin hər yerində normativlərə uyğun olmayan tikintilər dayandırılır, yaxud artıq tikilmiş olan obyektlər sökülür.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyevin çıxışında bu məsələ xüsusi vurğulanıb. O qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Bunu şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə atır. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir bina belə tikilməməlidir”.

Dövlət başçısının sözlərinə görə, paytaxtda binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: “Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”. Prezident bu ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət iclasında da məsələyə diqqət ayırıb. Bildirib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər”.

Göründüyü kimi, dövlət başçısı tikintilərin heç də məmurların xəbəri olmadan aparılmadığını, onların bu prosesdən qanunsuz gəlir əldə etdiklərini dəfələrlə vurğulayıb. Lakin buna baxmayaraq, Bakı şəhərində qanunsuz tikintilərlə bağlı aşkarlanan faktlar üzrə hər hansı məmurun məsuliyyətə cəlb olunduğunu hələ ki görmürük. Bir çox hallarda iş adamlarının, sahibkarın yüz minlərlə manat xərc çəkib inşa etdiyi obyekt bir günün içərisində sökülür, amma buna şərait yaradan, bir çox hallarda isə qanunsuz sənəd verən məmurlar cəzadan kənarda qalırlar.

Hüquqşünas-ekspert Əkrəm Həsənovun dediyinə görə, qanunsuz adı qoyulsa da, o tikililərin meydana gəlməsində məmurların rolu mütləqdir: “Yəni mümkün deyil ki, böyük bir bina yarıya qədər, yaxud tam tikilsin və onunla heç bir əlaqədar dövlət məmuru maraqlanmamış olsun. Burada bir məqama diqqət yetirmək lazımdır. Tikililər var ki, qanunsuz yolla, korrupsiya və rüşvət hesabına da olsa, sənəd alıb. Belə tikililərə görə o sənədləri verən, imzalayan məmurlar birbaşa cavabdehlik daşıyırlar. Bu, qanunsuz hərəkətlərə görə məsuliyyət yaradır və daha ağır cinayət hesab olunur. Elə tikililər də var ki, sənəd alınmadan inşa olunub. Bu zaman əlaqədar məmurların hərəkətsizliyi məsələsi gəlir gündəmə”.

Ə.Həsənov qanuni yollarla istismara qəbul edilməmiş yaşayış binalarının da əslində qanunsuz tikili olduğunu bildirir: “Elə bina var ki, on ildən çoxdur tikilib, insanlar yaşayır. Qaz, su, elektrik təchizatı var. Amma faktiki olaraq istismara qəbul aktı yoxdur, yəni qanunsuz tikili sayılır. Sual olunur ki, dövlət orqanları istismara qəbul olunası vəziyyətdə olmayan binanın tikintisinə necə imkan veriblər? Yaxud istismara qəbul olunmayan binada yaşayışa niyə yol verilir, göz yumulur? Bütün bunlara görə sahibkarla bərabər hərəkət və ya hərəkətsizliyə görə məmurlar da məsuliyyət daşıyır. Əgər bu tikililər sökülürsə və məmurlar cəzalanmırsa, bu prosesin qarşısını almaq mümkün olmayacaq. Yenə də deyirəm, yalnız korrupsiyaya, rüşvət müqabilində saxta sənəd vermək deyil, hərəkətsizlik də məsuliyyət yaradır”.

Hüquqşünas başqa bir məqama da toxunaraq bildirir ki, Bakıda tikilən böyük binaların, obyektlərin sahibləri olaraq bir çox hallarda hansısa məmurların adları hallanır: “Əslində isə reallıq budur ki, Azərbaycanda biznes tikinti biznesini aparmaq üçün hansısa məmurun himayəsindən istifadə etməyə məcburdur. İndiyədək Azərbaycanda korrupsiya institutu yaxşı işləyib: yəni hamı bilirdi ki, hara nə qədər verərsə, işini həll edə bilər. İndi isə bu mexanizm pozulub. Yəni pul verib saxta sənəd alırsan, məmurların susmasına nail olursan, amma bir müddətdən sonra hamısı qüvvəsini itirir- tikdiyini sökürlər. Bu baxımdan, qanunsuz adlandırılan tikintilərə görə məmurların da cəzalanması vacibdir ki, belə halların sayı ən azı azalsın”.
“Yeni Müsavat”
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO