Problemin birdən-birə KM-in Plenumuna çıxması kimlərin marağında olub?
Hadise
Oxunub: 608
10 okt 2018 | 21:21
Problemin birdən-birə KM-in Plenumuna çıxması kimlərin marağında olub?














Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci ildə baş vermiş devalvasiyaların xarici valyutada götürülmüş kreditlərə təsiri ilə bağlı qəbul etdiyi qərar hələ də cəmiyyətdə müzakirə olunmaqdadır. Bu günlərdə Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun qərarla bağlı xüsusi rəyi ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, İ.Nəcəfov Konstitusiya Məhkəməsində qərarın əleyhinə səs verən yeganə hakimdir. O, öz rəyində məhkəmənin qərarının təsviri-əsaslandırıcı hissəsi ilə qismən razı olduğunu, nəticə hissəsi ilə isə razılaşmadığını bildirib: “Konstitusiyamızın 16-cı maddəsində qeyd edilmiş, ”Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır" və 149-cu maddədə göstərilmiş, “Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır” kimi müddəalara əsaslanaraq, qanunverici ictimai münasibətlərdə belə halları, o cümlədən milli valyutanın devalvasiyası riskinin yüksək olmasını nəzərə alaraq, zənnimizcə, 422-ci maddəni Mülki Məcəlləyə daxil etmişdir.

Digər tərəfdən, sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur".

İ.Nəcəfov qeyd edir ki, kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir: “Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitinin göstəricisidir. Və insanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir. Məhkəmələrdə baxılan işlərin sayı barədə statistik məlumatları, eləcə də müflisləşmə nəticəsində 12 bank şəbəkəsinin bağlanmasını, əməkdaşlarının işsiz qalmasını, on milyardlarla bank kapitalının geri qaytarılmamasını nəzərə alsaq, haqlı olaraq qeyd edərik ki, manatın devalvasiyası şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsidir. Və vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır".

Maraqlıdır ki, devalvasiyalardan sonra xeyli müddət aktual olan problemli kreditlər, xüsusilə də onun böyük əksəriyyətini təşkil edən xarici valyutada olan kreditlər məsələsi son zamanlar demək olar ki, gündəmdən çıxmışdı. Prezident seçkiləri öncəsi məsələyə dövlətin müdaxiləsinin olacağına dair bəzi gözləntilər səsləndirilsə də, onların reallaşmaması müzakirələrin də əsasən dayanmasına səbəb olmuşdu. Bu baxımdan, Bakı Apelyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciəti geniş rezonansa və məsələnin məhz kredit götürənlərin xeyrinə həll olunacağına dair ümidlərin yenidən baş qaldırmasına səbəb oldu. Çünki müzakirələrin bitdiyi bir vaxtda problemin ən yüksək məhkəmə instansiyasında yenidən qaldırılması gözlənilməz oldu.

Bu gözlənilməz addımın arxasında böyük maraqların dayandığı isə çoxlarına bəlli deyil. Belə ki, problemli kreditlərin əksəriyyətini bank rəhbərlərinə, inzibatçılarına bu və ya digər dərəcədə yaxın olan şəxslərə verilmiş məbləğlər təşkil edir. Çox böyük həcmdə kreditlər demək olar ki, girov təminatı olmadan aşağı faiz və uzun müddətə müxtəlif şəxslərə paylanıb. İndi isə banklar qanuni yollarla həmin kreditləri geri ala bilmirlər. Əldə etdiyimiz məlumata görə, bir çox banklar indiyədək buna ciddi əhəmiyyət də verməyiblər: dövlətin əvvəl-axır o kreditlərin mühüm bir hissəsini üzərinə götürəcəyini gözləyiblər. Məlumdur ki, Azərbaycanda bankların əksəriyyəti yüksək vəzifəli məmurlara bağlıdır, yaxud onlar tərəfindən himayə olunur. Məhz bu himayədarlar vasitəsilə bir çox banklar təminatsız payladıqları pulları dövlətdən almaq niyyətində olublar. Məsələnin birdən-birə Konstitusiya Məhkəməsinin Plenumuna çıxmasının arxasında da bankların himayədarlarının dayandığı bildirilir: qaytarılmayan kreditlərin xeyli hissəsi məhz onların yaxın çevrəsində olan şəxslərə verilib.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, xarici valyutada götürülmüş kreditlərlə bağlı məhkəmələrdə işlər çoxaldığı üçün Apelyasiya Məhkəməsinə müraciətlər də artıb: “Bu baxımdan, ilk baxışdan Apelyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsindən şərh istəməsi normaldır. Lakin hesab edirəm ki, hansısa məsələnin Konstitusiya Məhkəməsinə çıxarılması sadə vətəndaşların istəyi ilə reallaşmayıb. İlk dəfə 2015-ci ildə bu məsələyə baxılanda da təşəbbüskar banklar idi. Çünki əhali devalvasiyalardan sonra dollar kreditləri üzrə ödənişləri tam dayandırmışdı. İndi də düşünürəm ki, banklardan irihəcmli pul götürən dairələr maraqlı olublar məsələnin Konstitusiya Məhkəməsinə çıxarılmasında. Mənim müşahidə etdiyim tendensiya belədir ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevi çıxmaq şərtilə, Azərbaycanda heç kəsi bankdan qanunsuz kredit verilmə halına görə cəzalandırmırlar. Təsəvvür edin ki, son vaxtlar AccesBank kütləvi şəkildə hüquq-mühafizə orqanlarına öz sahibkar borclularının adlarını göndərir. Deyir ki, bunlar məndən qanunsuz kredit götürüblər. Vermişəm yox, məhz alıblar. Hüquq-mühafizə orqanları da həmin şəxslərə qarşı cinayət işləri qaldırıblar, artıq bəzi şəxslər həbs olunub. Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə qanunsuz kredit alma maksimum 5 il müddətində azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu belə bir haldır ki, sahibkar bilə-bilə banka yalan məlumat verir və kredit alır. Amma məsələ burasındadır ki, bunu bir nəfər belə etsin, beş nəfər etsin. AccesBank isə onlarla belə işi illər sonra göndərib hüquq-mühafizə orqanlarına. Burada bir sual yaranır ki, bu qanunsuz kreditləri kim verib? Axı burada bankın səlahiyyətli şəxslərinin də əli var. Bu, çox pis presedentdir. Bu, onu göstərir ki, hüquq-mühafizə orqanları belə halları daha çox birtərəfli araşdırır. Məndə olan məlumata görə, bir sıra sahibkarlar banka yalan məlumat-filan verməyiblər. Sadəcə, bankların öz sənədlərində problemlər olduğu üçün indi məhkəməyə müraciət edə bilmirlər, çalışırlar başqa yollardan istifadə etsinlər. Ümumiyyətlə, ölkəmizdə banka pul qoyanı da peşman edirlər, ondan pul alanı da. Belə çıxır ki, banklar hər bir halda haqlıdılar”...

Hüquqşünasın dediyinə görə, mövcud problemli kreditlərin əksəriyyəti istehlak krediti kimi rəsmiləşdirildiyi üçün əhalinin payını müəyyənləşdirmək çətindir: “Azərbaycanda belə bir statistika açıqlanmır. Lakin açıqlansa belə, banklar əksər hallarda böyük məbləğdə verdikləri kreditləri də biznes krediti kimi deyil, istehlak krediti kimi rəsmiləşdiriblər. Bu baxımdan, statistika açıqlansa belə, problemli kreditlərin tərkibində biznes kreditlərinin payı maz görünəcək. Son illərdə bağlanan banklar üzrə araşdırmalarıma əsasən deyə bilərəm ki, problemli kreditlərin ən çoxu 20 faizi sadə əhalinin, daha 20 faizi həqiqi sahibkarların ola bilər. Qalan 60 faiz əksər hallarda qanunsuz, girov təminatı olmadan, cüzi faizlə uzun müddətə bank çevrələrinə yaxın şəxslərə verilmiş kreditlərdir. Bir misal gətirim ki, bağlanarkən Beynəlxalq Bankdan sonra Azərbaycanın ikinci böyük bankı olan ”Standard Bank"da 60 faiz kreditlər belə verilib. Heç bir girovu olmadan milyonlarla dollar kredit verilib. Bu statistika bütün bunlar üçün keçərlidir".
“Yeni Müsavat”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu