50 min manata məktəbə direktor düzəldən qadının cinayət əməlləri
Hadise
Oxunub: 633
18 in 2018 | 13:39
50 min manata məktəbə direktor düzəldən qadının cinayət əməlləri















50 min manata məktəbə direktor düzəldən dələduz qadın cəzasının azaldıması üçün yenidən Apellyasiya məhkəməsinə müraciət edib.
Məmmədova Nərgiz Ələsgər qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində iyun ayının 20-də hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, 2016-cı ilin fevral ayında Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Nərgiz Məmmədova barəsində qərar dəyişdirilərək həbs edilib. Belə ki, Bakı sakini Nərgiz Məmmədova özünü vəzifəli şəxs kimi təqdim edib və 10-dan çox vətəndaşı işə düzəltmək adı ilə aldadıb. O, ali məktəblərə TQDK-nın təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə də təqsirli bilinib.

Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb və ondan 23 min manat pul alıb.

Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub və o məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Prokuror Nemət Əvəzovun imzası ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilən şikayətdə Nərgiz Məmmədovanın həbsi və 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilib. Nərgiz Məmmədova məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində keçirilən proses zamanı çıxış edən prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və Nərgiz Məmmədovanın məhkəmə zalından həbs edilməsini istəyib.

Proses üzrə tərəflərin çıxışları yekunlaşsa da, son bir neçə prosesə təqsirləndirilən şəxs gəlməyib. Nərgiz Məmmədovanın hansı səbəbdən prosesə qatılmaması barədə hakimlərə heç bir məlumat verilməyib. Bir neçə dəfə prosesi təxirə salan hakimlər sonda Nərgiz Məmmədovanın barəsində axtarış elan edilməsi barədə qərar qəbul ediblər. Qərara görə, Nərgiz Məmmədovanın barəsində həbs qəti imkan tədbiri seçilib və barəsində axtarış elan edilməsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə məlumat verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Nərgiz Məmmədovanı tutaraq məsuliyyətə cəlb edə biliblər.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu