Sərnişinləri hədələyən sürücü işdən qovuldu — VİDEO
Hadise / Video
Oxunub: 601
8 in 2018 | 10:10
Sərnişinləri hədələyən sürücü işdən qovuldu — VİDEO














Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü işdən azad edildi
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev AZXEBER.COM-a açıqlama verərək bildirib ki, "49 və 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarda sürücülərin yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atması, sərnişinlərlə ünsiyyətdə etik davranış qaydalarına zidd hərəkət etmələrinə dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntülər nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb. Hər iki marşrut xətti üzrə daşıyıcı dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahat vermələri tələb edilib. Araşdırma nəticəsində Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 136 nömrəli marşrut xəttində (DQN 90-VU-141) çalışan sürücü Sultanov Orxan Xanməmməd oğlu və 49 nömrəli marşrut xəttində (DQN 90-VS-436) çalışan sürücü Abbasov Elçin Əziz oğlu daşıyıcılar tərəfindən işdən azad edilib. Bununla yanaşı hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib".

Qeyd edək ki, adı çəkilən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək. Bununla yanaşı, Orxan Sultanov və Elçin Abbasovun gələcəkdə müntəzəm marşrut xəttində sürücü kimi işə qəbul edilməməsi üçün zəruri tədbirlər görülür.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, qanunverciliyin tələbinə, təlimatlara əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atan müntəzəm marşrut xətlərinin sürücüləri barədə bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu