Süpürgəçi ölümü ilə bağlı MƏHKƏMƏ — Sabiq bələdiyyə sədri dindiriləcək
Hadise
Oxunub: 425
4 in 2018 | 21:21
Süpürgəçi ölümü ilə bağlı MƏHKƏMƏ — Sabiq bələdiyyə sədri dindiriləcək














78 yaşlı süpürgəçini ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən Əflatun Cəfərov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Ə. Cəfərov özünü təqsirli bilib.

Əflatun Cəfərov ifadəsində imkansızlıqdan avtobus sürücülüyü etdiyini deyib:
Həmin gün sürücü kimi xəttə çıxmadım. Tanışım Əmir xahiş elədi ki, ona kömək edim. Xəstələnmişdi. Həkimə gedəcəyi üçün avtobusu mənim sürməyimi istədi. Razılaşdım, o da həkimə getdi”.

Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, məhkəmə onun uzun müddətdir avtobus sürücüsü işləməsi ilə bağlı məlumat var..

Ə.Cəfərov sürücülük vəsiqəsi olsa da onun avtobus idarə etmək üçün müvafiq kateqoriyası olmayıb.

Prokuror da Ə.Cəfərova xəbərdarlıq edib və məhkəməyə səmimi ifadə verməsini təklif edib.
Ə.Cəfər hadisə baş verən gün haqda danışıb:
"Səhər saat 7 olardı. Hava alaqaranlı idi. 40 sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqları yandırıb söndürdü. Onda baxdım. Sola çəksəm də gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq".

Məhkəmədə mərhumun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da iştirak edib. O, atasının Sabunçu rayon Mənzil Kommunal Təsərrüfar Birliyində süpürgəçi işlədiyini deyib.

Hakim bildirib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb. Hüquqi varis bununla razılaşmayıb:
""Yalandır. Çünki onlar başından atmaq istəyirdilər. Özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, 3 gün keçmişdi, amma xəbərləri yox idi. Birinci dedilər ki, işləmir. Mən mühasibatlıqdan soruşdum. Dedilər ki, işləyir. Atamın orda işləməsini başdan eləmək istəyirdilər".

Məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblərmiş. Halbuki o, iş zamanı düşdüyü avtomobil qəzasında dünyasını dəyişib.

Məhkəmədə o da məlum olub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşurut xəttinə aiddir və bu marşurut xəttinin sahibi isə Zabrat qəsəbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir. Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşurut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu