Göyçay çayı üzərində alternativ körpü salınacaq
Hadise
Oxunub: 643
3 in 2018 | 11:30
Göyçay çayı üzərində alternativ körpü salınacaq














Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindən keçən avtomobil körpüsü dağılıb.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-nın yerli bürosuna bildirib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan körpü yararsız hala düşüb.

Körpünün yanındakı piyada körpüsünü də sel aparıb. Sel suları körpünün altındakı beton plitələri, sahil-mühafizə bəndini dağıdaraq torpaq qatını yuyub aparıb və çay yatağını 20 metr genişləndirib. İ. Vəliyev dağılan körpünün 2003-cü ildə müvəqqəti olaraq inşa edildiyini və son illər sel sularının, ağır tonnajlı yük avtomobillərinin təsiri nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirib: “2015-ci ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurularkən qəzalı vəziyyətdə olan bu avtomobil körpüsünün yanında yeni müasir körpünün inşası nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərdən ərazidə inşaat işlərinə başlanılmayıb. Hazırda çayda güclü sel axını davam edir, suyun səviyyəsi hələ ki, aşağı düşməyib. Çayın sahillərində torpaq uçqunu davam edir. Dağılan avtomobil körpüsünün bərpası mümkün olmayacaq, onun sökülərək yerində müasir körpünün inşası üçün hazırda lazımi qurumların nümayəndələri tərəfindən məsləhətləşmələr aparılır. Yeni körpü tikilənədək avtomobillərin hərəkətinin təmin edilməsi üçün dağılan körpüdən 300 metr cənubda çayın içərisinə 10 ədəd beton su boruları qoymaqla üzərində müvəqqəti olaraq alternativ körpü salınacaq. Alternativ körpünün tikintisinə çayda su azalandan sonra başlanılacaq”.
Komissiya sədri rayon sakinlərinin hazırda Göyçay şəhərinin şimalında, Göyçay çayı üzərindəki asma körpüdən müvəqqəti olaraq piyada gediş-gəliş etdiyini bildirib: “Həmin asma piyada körpüsü qəzalı vəziyyətdədir. Hər an bu körpü də dağıla bilər, hazırda müvəqqəti istifadə olunur. Təhlükə artarsa, bu körpüdən istifadə dayandırılacaq. Hazırda polis əməkdaşları körpünün üstünə eyni vaxtda çox insanın çıxmasına icazə vermir. Alternativ körpü salınanadək rayon sakinləri bu piyada körpüsündən əlacsız olaraq istifadə edir. Bu asma piyada körpüsünü qısa müddətdə bərpa etmək mümkün deyil”.

İ. Vəliyev rayonda baş verən fövqəladə hadisə ilə bağlı xüsusi qərargah yaradıldığını, körpünün dağılması barədə Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə (FHN) teleqram göndərildiyini bildirib. Fövqəladə vəziyyətlə əlaqədar FHN, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Aztelekom MMC, “Azərsu” ASC, “Azəriqaz” İB, körpü tikintisini həyata keçirən şirkətin nümayəndələri Göyçaya gəliblər, əraziyə baxış keçiriblər. Körpü ilə yanaşı dağılaraq yararsız hala düşən təbii qaz, içməli su, rabitə, internet, elektrik xətlərinin bərpası üçün işlər görülür.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu