Sabiq nazirin qohumu qanunsuz dərman satışında təqsirli bilinir — ŞOK
Hadise
Oxunub: 711
31 may 2018 | 13:12
Sabiq nazirin qohumu qanunsuz dərman satışında təqsirli bilinir — ŞOK














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə N.Qasımov özünü qismən, X.İmaməliyeva ilə A.Cəfərova isə özlərini təqsirli bilmədiklərini qeyd ediblər.

Daha sonra N.Qasımov sərbəst ifadə verib. O, dərman satışı ilə məşğul olduğunu deyib:

"Amma həmin dərmanların lisenziyasının olub-olmadığını isə bilmirdim. Özümü yalnız Cinayət Məcəlləsinin 240-cı (güclü təsiri olan zəhərli maddələrin satışı) maddəai ilə təqsirli bilirəm. Özümü qismən təqsirli bilməyimin səbəbi isə həmin dərmanların reseptlə satıldığından xəbərimin olmaması olub. Digər dərmanları şirkətlərdən alırdım. Aidə ilə Xatirə isə işçilərim olub. Biri satıcı, digəri kassir kimi çalışırdı".

N.Qasımov dindirilən zaman dərmanları tanımadığı şəxsdən aldığını söyləyib: "Həmin dərmanların ağrıkəsici olduğunu bilirdim. Dərmanları adətən ruhi xəstələr alırdı".

Hakim bildirib ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışı ilə bağlı ittiham edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona həbssiz cəza verilib.

N.Qasımov isə bu barədə məlumatının olduğunu qeyd edib.

Digər təqsirləndirilən A.Cəfərova ifadəsində bildirib ki, dərmanları aptekdə resept vasitəsi ilə satıb:
"Uzun müddət idi ki, işsiz idim. Həmin aptekə təzə işə düzəlmişdim. Bir həftə olardı ki, işləyirdim, sonra bu hadisə oldu. Mən işə gələndə həmin dərmanlar "vitirin"də idi. Kim tərəfindən alındığından xəbərim olmayıb. "Tramadol" dərmanının satışından əlavə pul almırdım".
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib.

Təqsirləndirilən X.İmaməliyeva dindirilən zaman vurğulayıb ki, N.Qasımovun aptekində çalışıb. O, deyib ki, qanunsuz dərmanların aptekə gətirilməsindən xəbəri olub:

"Bu barədə Natiq müəllimdən soruşdum, o isə lisenziyasının olduğunu bildirdi. Dərmanları aptekə kimin gətirdiyini görməmişəm. Yəqin ki, Natiq müəllimin özü gətirirdi. O, dərmanları sifariş verirdi. Biz işə gələndə dərmanlar işdə olurdu".

Prokuor bildirib ki, X.İmaməliyeva ibtidai istintaqda "Tramadol" dərmanın satışından əldə edilən pulun kassaya vurulmadığını deyib.
X.İmaməliyeva həmin zaman həyəcanlı olduğunu deyib.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məhkəməbin hazırlıq iclasında məlum olub ki, həbsdə olan N.Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Mətbuatda gedən məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu