Diqqətli olun! Çimərliklərdə gürzə var – XƏBƏRDARLIQ
Hadise
Oxunub: 549
27 may 2018 | 19:20
Diqqətli olun! Çimərliklərdə gürzə var – XƏBƏRDARLIQ














Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.
Minval.info xəbər verir ki, report problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətlərini öyrənib.
Anar Cəfərov bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən, insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar: “Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir”.

Herpetoloq bildirib ki, ilanların sayında artım olmasa da, aktivliyi müşahidə olunur. Onun fikrincə, bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişkliyin baş verməsi ilə bağlıdır: “Çöllük ərazilərdə su mənbələri quruduğuna görə ilanların insanların yaşadığı ərazilərə intensiv axını daha çox baş verir.
İntensivliyin artması təhlükəni də artırır. Məsələn, şəhərin müxtəlif yerlərində tikinti işləri aparılır. İstər-istəməz vibrasiya artır və yaxınlıqda olan sürünənlərin daha sakit yerlərə çəkilməsi baş verir. Şəhər daxilində köhnə məhəllələr sökülür. “Sovetski”nin özündə bu cür hallara rast gəlinir. Söküntü olanda ilanlara intensiv rast gəlinirdi, mütəxəssis kimi məni çağırırdılar. Həyət evləri tikilir. Onların da təsiri var. Texnikanın işlədiyi və səs-küyün artdığı yerdə ilanlar daha dağınıq hərəkət edir və göz qabağına çıxırlar”.
Abşeronda əsasən sarı və boz əqrəblərə rast gəlindiyini deyən A.Cəfərov bildirib ki, onların sancması insan həyatı üçün təhlükəli olmasa da, onlar zəhərlidir. Belə ki, bu cür sancmalar insanda 3-4 gün qızdırma verir. Herpetoloq ölkə ərazisində kifayət qədər çox olan vəhşi arıların da təhlükəli olduğunu, kütləvi sancmalarının ölümlə nəticələnə biləcəyini qeyd edib.
Dərmanlama tədbirlərini mütəxəssislər aparsa, yaxşıdır
A.Cəfərov deyib ki, ilanların yaşayış evlərinə gəlməsinin qarşısını almaq üçün evi, həyəti dərmanlamaq olar. Onun sözlərinə görə, ilan dərmanları nə insanlara, nə heyvanlara ziyan etmir, sadəcə spesfik iyinə görə onları uzaqlaşdırır: “Həşəratlara görə isə pestisidlərdən istifadə olunur. Buna görə də dərmanlama prosesini lisenziya almış xüsusi qurumların nəzarəti ilə həyata keçirmək məsləhətdir. Çünki özbaşına dərmanlanma zamanı insan özü də zəhərlənə bilər”.
Herpotoloq onu da bildirib ki, ilan sancanı iki saat müddətində ilk yardım məntəqəsinə, yaxud da yaxınlıqda toksikologiya mərkəzi varsa, həmin məkanlara aparmaq lazımdır: “Əgər yaxınlıqda yardım edəcək məntəqə yoxdursa, insanlar təcili tibbi yardıma müraciət edə bilərlər. Çünki onlarda çox vaxt ilana qarşı vaksin olur. Həşərat sancdıqda da təcili tibbi yardıma mürciət olunsa, yaxşı olar. Çünki insanların çoxu allergiyası olduğunu bilmir və həşərat sancdıqda güclü təngənəfəslik baş verir. Şiş, qızartı və bəzən səpkilər əmələ gəlir ki, bu da mənfi fəsadlara yol aça bilər”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu