Saxta polis baş leytenantının dələduzluğu — TƏFƏRRÜAT
Hadise
Oxunub: 614
25 may 2018 | 12:41
Saxta polis baş leytenantının dələduzluğu — TƏFƏRRÜAT















Bakı Ağır Cinayətlər Məhkəməsində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı küllü miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb.
Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ədilov Zaur İldırım oğlunun məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edəcək. Qeyd edək ki, cinayət işində 4 nəfər zərəçəkən qismində tanınıb.
2015-ci ilin fevral ayında Bakıda polis adından istifadə edərək külli miqdarda dələduzluq edən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis idarəsindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci il yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 1982-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və hazırda Novxanı qəsəbəsində yaşayan Abşeron rayon sakini Elgün Vilayət oğlu Ələkbərovun etibarından sui istifadə edərək, özünü nazirliyin əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxsə Binəqədi rayonunda “Oba” MTK tərəfindən inşa edilən çoxmərtəbəli binada ev almaq məqsədi ilə 95 min manat pul verib. Lakin sonradan məlum olub ki, ona verilən ev sənədləri saxtadır. 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov tutulublar.

Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş N.Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu