Kasıbların alın yazısı: Şəhidlik
Hadise
Oxunub: 469
22 may 2018 | 11:40
Kasıbların alın yazısı: Şəhidlik















Emin Səfərov

Bütün şəhid atalarını tanıyıram. Üzündəki cizgidən, köhnə pencəyindən, bozarmış şalvarından, sökük ayaqqabısından, ağrıyan ürəyindən, əsən əllərindən, titrəyən dodaqlarından, ağlayan gözlərindən, baxımsız saçlarından…

Bütün şəhid ataları bir-birinə bənzəyir, bütün şəhid atalarının taleləri əkizdir. Bütün şəhid atalarının imici kasıblıqdır…

Bütün şəhidlərin hərbi xidmətə yollandığı ünvan kasıb bir daxma, qapısından tabut keçməyən evdir. Möcüzədir, doqquz iqlim qurşağının olduğu Azərbaycanda villalara günəş düşmür, bütün şəhidlər kasıb daxmalarda yetişir.

Bütün şəhid analarını tanıyıram… Gözünün ağı-qarası olan oğluna edəcəyi toy arzusundan, yolduğu saçından, cırdığı üzündən, çökən gözlərindən, qara paltarından… Bütün şəhid anaları bir-birinə bənzəyir, bütün şəhid analarının taleləri əkizdir. Bütün şəhid analarının kasıblığı oğul yoxsulluğudur…

Əksər məmurları tanıyıram. Dəbdəbəli villalarından, övladlarının hoqqabazlığından, lüks avtomobillərindən, saxladığı müğənnilərdən, günü-gündən yekəltdiyi qarnından… Əksər məmurlar bir-birinə bənzəyir, əksər məmurların taleləri əkizdir. Əsgərlikdə "olan” bütün məmurların oğlu salamatdır…

Bütün bunlar sabah unudulacaq. Oğlu sırf şəhid olmaması üçün rüşvət verib övladını əsgərlikdən saxlatdıran məmur tədbirlərin birində "Uğrunda ölən varsa, vətəndir” deyəcək. Və bir gün yenə acı xəbər gələcək. Varlıların pulla ala bilməyəcəyi şəhidlik zirvəsi hansısa daxmada böyüyən gəncimizə qismət olacaq. Yenə digər şəhid atalarının əkizi olan birinin boynubükük şəklinə baxacağıq. Çünki şəhidlik kasıbların alın yazısıdır.

///yeniçağ.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu