Binəqədidəki dəhşətli yanğından 3 il ötdü
Hadise
Oxunub: 403
19 may 2018 | 14:47
Binəqədidəki dəhşətli yanğından 3 il ötdü














Bakının Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür.
2015-ci il mayın 19-da Bakı dəhşətli yanğına şahidlik etdi. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada meydana gələn yanğın bir neçə dəqiqə ərzində bütün tikilini əhatə etdi. Yanğın 15 nəfərin həyatına son qoydu, 56 nəfər xəsarət aldı. Bəs yanğının qısa müddət ərzində 16 mərtəbəli, çoxbloklu binanı əhatə etməsi adi hal sayılar bilərdimi?

İş üzrə araşdırmalar başlanan ilk andan belə məlumatlar yayılırdı ki, bina poliuretan adlı keyfiyyətsiz materialla üzlənib, material tezalışan olub. Amma gələn məlumatlar tezliklə bu versiyanın elə ilk təəssürat üçün yararlı olduğunu ortaya qoydu. Bilindi ki, binanın üzləndiyi poliuretan keyfiyyət göstəricilərinə görə normalara tam cavab verir. Belədirsə, bina kibrit qutusu kimi niyə yandı?

“Yanan bina işi” ilə bağlı artıq məhkəmələr də yekunlaşdı. İş üzrə 8 nəfər təqsirləndirildi. Bunlar 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov, “Global Stone” şirkətinin rəhbəri, əməkdar mühəndis Miryusif Mahmudov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov və “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovdur. İttihama görə, binanın poliuretan adlı materialla üzlənməsi sonradan binada ağır nəticələrə gətirib çıxaran olayın yaşanmasına səbəb olub.

Yanğından sonra həbsə alınan şəxslərin binaları poliuretan materialla üzləmək haqda qərar vermək səlahiyyətlərinin olmadığı üzə çıxdı. Əgər poliuretan tez alışan idisə, oda davamlı deyildisə, niyə binanın bu materialla üzlənməsinə icazə verilirdi? Həbsdə olan şəxslər iş icraçılarıdır. İşi sifariş verən isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub. Məntiqlə istintaq təqsirləndirilən şəxslərin siyahısını müəyyənləşdirərkən ilk dindirməli, istintaqa cəlb edilməli şəxs kimi məhz icra başçısının adını yazmalı idi. Amma onun adı siyahıda yoxdur. Ümumiyyətlə, olsaydı belə, bu şəxslər istintaqa cəlb edilməzdən əvvəl binanın qəsdən yandırılması haqda məlumatlar çox ciddi şəkildə araşdırılmalı idi. məhkəmədə zərərçəkənlərin söylədiklərindən, olay şahidlərinin sözlərindən, yanğından əvvəl və sonra ölkə boyu törədilən qəsdən yandırma faktları ortadadır! Bəli, respublika boyunca qəsdən yandırılma faktları olub və ört-basdır olunub!

Binəqədidəki məlum olaydan 3 gün əvvəl, 2015-ci il mayın 16-da Nərimanov rayonu, Koveroçkin küçəsindəki çoxdürmərtəbəli, yerləşməsinə, quruluşuna görə Binəqədidəki binanın “əkiz” tayını xatırladan binada yanğın törətmək istəyən şəxslər kəndiri neftə batıraraq binanın üstündən üz aşağı, poliuretan üzlüyün üzərindən buraxmışdılar.

Bu gün poliuretanın keyfiyyətsizliyi üzündən yanması üzərində qurulan ittihamı əslində həmin işin obyektiv araşdırması darmadağın edərdi. Əgər poliuretan keyfiyyətsiz idisə, niyə Nərimanovdakı binada alışmayıb? Axı həmin poliuretan Binəqədidəki, Nərimanovdakı binalara eyni şirkət vurub. Eyni şirkət Türkiyədə sifariş edərək Azərbaycana gətirib, burada qəlibləyib və binalara vurub.

Araşdırmalarımız nəticəsində üzə çıxmış, qəzetdə olay haqda yazılan məqalələrdən birindəki maraqlı bir fakta diqqət edək. Sitat: “2015-ci il aprelin 10-da Xətai rayonu ərazisində yaşayış binasında ”THN" şirkətinin poliuretanla üzlədiyi binadakı yanğından sonra Fövqəladə Hallar Nazirliyində geniş tərkibli iclas keçirilib. İclasa FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov başçılıq edib. İclasda yeganə müzakirə olunan mövzu Azərbaycanda binaların üzlənməsində istifadə olunan poliuretanın tezalışan olub-olmaması olub. Araşdırmalar zamanı məlum olub ki, digər tikinti şirkətlərinin, “THN”in istifadə etdiyi poliuretan daha aşağı keyfiyyətli və odadavamlılığı daha azdır. Respublikaya keyfiyyətli poliuretan idxal edən bu gün rəsmiləri üzərində məhkəmə qurulan “Global-Stone”dir. Hətta həmin iclasda “THN” şirkəti rəsmilərinə xüsusi olaraq tapşırılıb ki, binaların üzlənməsində istifadə etdiyi poliuretanı məhz “Global-Stone”də qəlibləsin".
Deməli, Agentliyinin rəisi Cəbrayıl Xanlarovun belə bir tövsiyə verməsi üçün ciddi əsası olub. Belə bir halda poliuretanın tezalışan olmasının ittihamın əsasını təşkil etməsi nə dərəcədə doğrudur? Digər tərəfdən, Xətaidə yanan binanı üzləmiş, daha aşağı keyfiyyətli, oda davamsız poliuretanla üzləmiş şəxslər bu gün azadlıqdadırlar. Bəlkə Nərimanovda, Koveroçkin küçəsində olduğu kimi Binəqədidəki binada da poliuretan üzlüyün alışması üçün binanın damından üz aşağı, poliuretan üzlüyün arxası ilə tezalışan maye axıdıblar?

Araşdırmalarımız zamanı üzə çıxan digər bir fakta da diqqət edək. Sitat: “2015-ci il mayın 24-də, Binəqədidəki məşum olayın yaşanmasının 5-ci günü Gəncədə, Dədə Qorqud küçəsində hündürmərtəbəli yaşayış binalarından birinin üzərində ”drujinnik"lər 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayon sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub. “Drujinnik”lər tutduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər iki şəxsi polisdən təhvil alıblar. MTN-ə aparılan hər iki şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb. Bəs həmin 2 şəxs gecəyarısı, damda, əllərində tezalışan maye dolu kanistirlərlə niyə gəziblər? Kim olub həmin şəxslər? Niyə ortalıqdan yoxa çıxarılıblar?"

Bu hadisədən 6 ay sonra Azərbaycanda böyük əksəriyyətin təəccüblə qarşıladığı bir işdən qovulma oldu. Eldar Mahmudovu nazir postundan qovub onun bəzi generalları da daxil olmaqla komandasının üzvlərinin bir çoxu həbsə göndərildilər. Həmin vaxt belə ümidlər vardı ki, “yanan bina işi”nin araşdırılmasında əsaslı dönüş yaranacaq. Çünki bina yanandan az əvvəl - 25 aprel 2015-ci ildə MTN-nin 2 əməkdaşı onun şirkətinin təhlükəsizlik üzrə direktor müavinindən iri məbləğdə pul tələb edib, əks halda “şirkətin fəaliyyəti və məhsulları haqqında olduqca mənfi rəy yaradılacağı” ilə hədələyiblər. Bunu M.Mahmudov məhkəməsində də deyib. Bəyan edib ki, yanğından 6 gün əvvəl - 13 mayda həmin adamlara rüşvət vermək məcburiyyətində qalıb. Lakin tələb edilən məbləğin yalnız dördə birini ödəyə bilib. Tələb olunan məbləği MTN-ə ödəmək imkanı olmayıb. Eldar Mahmudovun nümayəndələri çıxıb gediblər, amma qayıdacaqlarını vəd ediblər... Bu məsələ bu gün açıq olaraq qalır.

Qeyd edək ki, Miryusif Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, cəmiyyətin İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov 4, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov 4, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbov 4, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

“Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının sabiq müdiri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb.

May ayının 17-də isə yanan binada birbaşa əli olan Binəqədi rayonun icra başçıs Xaləddin İsgəndərda tutduğu vəzufədən azad olundu. Hadisə baş verən vaxt isə onu içindın azad etmək müşkül məsələ idi, çünki qaynı Fazil Məmmədova Vergilər Naziri kimi yüksək postda oturmuşdu. Təbii ki, həmin vaxt nazir yeznəsini qorumağı bacardı.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib