İşdən çıxarılan general nazirin qohumudur - "Dərman mafiyası" işi...
Hadise
Oxunub: 613
17 may 2018 | 18:51
 İşdən çıxarılan general nazirin qohumudur - "Dərman mafiyası" işi...
















Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl "dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra vəzifəsindən uzaqlaşdırılan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur.

Bu barədə azpolitika.info-ya mötəbər mənbə bildirib.

Bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilsə də, S.Abduyevin istintaqa cəlb olunması haqda məlumat verilmir.

Kəmaləddin Heydərovla yaxın qohumluq əlaqəsi olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin vəzifəsindən uzaqlaşdırılması maraqlı hadisədir. Bu fakt bir daha ondan xəbər verir ki, "dərman mafiyası”na qarşı əməliyyat yüksək səviyyədə sanksiyalaşdırılıb və istintaq da kifayət qədər prinsipial mövqe tutub. Bu baxımdan general S.Abduyevin bu işlərdə iştirakının olub-olmadığını da məhz istintaq müəyyən edəcək. Hələ ki, o, yalnız vəzifəsindən azad olunub və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Lakin açıq görünür ki, müəyyən dairələr S.Abduyevin FHN naziri ilə qohumluq əlaqəsinin olması faktından nazirə qarşı istifadə etmək niyyətindədirlər. Artıq belə fikirlər dövriyyəyə buraxılıb ki, "bir generalın yaxın qohumu olan” S.Abduyev istintaqdan yayındırılır. Lakin bizə verilən məlumata görə, K.Heydərov ilk gündən bu məsələyə müdaxilə etməmək yolunu tutub və istintaqın obyektiv aparılmasında maraqlıdır.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib