Mingəçevirdə balıqların kütləvi ölüm səbəbi açıqlandı — RƏSMİ
Hadise
Oxunub: 651
15 may 2018 | 09:40
Mingəçevirdə balıqların kütləvi ölüm səbəbi açıqlandı — RƏSMİ















Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölüm səbəblərinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkədə yayılan görüntülərin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib.

“Baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub. Balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələri götürülərək ümumi bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparılıb. Analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz (temperatur 19-21 dərəcə, pH-8,4 (norma 8), oksigen 4-5 mq/litrə (norma 6 mq/litrə)) olduğu müəyyən edilib və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması onların ölümünə səbəb ola bilər.

ETSN-nin Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun mütəxəssislərinin rəyinə görə son 10 il ərzində yaz aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox körfəzlərində (Dəvəçi limanı, Kiçik Qızıl Ağac körfəzi, Mingəçevir Su Anbarının kiçik körfəzləri), həmçinin Kür çayının aşağı axar axmazlarında müşahidə olunan balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, o cümlədən havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi və bununla əlaqədar olaraq ən həssas olan çoxalma miqrasiyası prosesində balıq orqanizminin bu dəyişikliklərə evolyusion-genetik olaraq fizioloji uyğunlaşmaması ilə bağlıdır”.

Məlumatda bildirilir ki, çapaq balığı çoxalmaq üçün martın axırlarından başlayaraq may ayına qədər əsasən Mingəçevir Su Anbarının dayaz olan körfəzlərinə girirlər, burada çoxalır, sakit axan, sualtı bitkilərlə zəngin su mühitinə üstünlük verirlər.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”