Arvadının qohumuna gizlicə eşq elan etdi, otağına girdi, sonra... - Beyləqanda 39 yaşlı kişidən AĞLAGƏLMƏZ ƏMƏL
Hadise
Oxunub: 718
8 may 2018 | 22:23
Arvadının qohumuna gizlicə eşq elan etdi, otağına girdi, sonra... - Beyləqanda 39 yaşlı kişidən AĞLAGƏLMƏZ ƏMƏL













Beyləqan rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Həsənalı Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Həsənalı Quliyev 2016-cı ilin əvvəllərindən istifadəsində olan mobil nömrəsindən arvadı Vüsalə Tağıyevanın qohumu, 1983-cü il təvəllüdlü Validə Tağıyevanın istifadəsində olan mobil telefon nömrəsinə mütəmadi olaraq sevgi məzmunlu ismarışlar yazıb. Amma Validə Tağıyeva onun ismarışlarına cavab verməyib.

Sevgi etirafi və hədə...

Daha sonra Həsənalı Quliyev 4 aprel 2016-cı il tarixdə, saat 10.04-dən etibarən Validə Tağıyevanın mobil telefonuna dəfələrlə zənglər edib.

Buna baxmayaraq, Validə Tağıyeva onun zənglərinə cavab verməyib. Bu səbəbdən o, “qız, dur gəl, bura, sən öl, ora gəlsəm, səni boğacam tez gəl”, - məzmunlu qısa SMS göndərib.

Çayxanadan müşahidə

Daha sonra Həsənalı Quliyev həmin gün saat 12 radələrində Validə Tağıyevanın işlədiyi mədəniyyət evinin və Beyləqan rayonu, İmamverdilər kəndi üzrə inzibati ərazi dairəsinin yerləşdiyi binanın yaxınlığında olan çayxanaya gəlib. O, həmin çayxanada domino oynayarkən, kənd ərazisində avtomobili ilə içməli su satışı ilə məşğul olan Cəbrayıl rayonundan məcburi köçkün, Biləsuvar rayon ərazisindəki 2 saylı qəsəbədə məskunlaşmış Malik Süleymanlının su daşıdığı avtomobili nümayəndəliyin binasının qarşısında saxlayıb, binaya daxil olduğunu görüb.

Qısqanclıq düşüncəsi

Həsənalı Quliyev həmin gün səhər binanın ətrafında qoyun otaran zaman nümayəndəliyin və mədəniyyət evinin işçilərinin işdə olmadıqlarını gördüyündən, Validə Tağıyevanın içəridə tək olduğunu, Malik Süleymanlının onunla görüşmək üçün gəldiyini düşünüb.

Bu zaman Həsənalı Quliyevin Validə Tağıyevanın onun sevgisinə qarşılıq vermədiyi halda, digər şəxslərlə görüşdüyü qənaətinə gəlib. O, sonuncunun kənar şəxslərlə olan münasibətlərini qısqandığı üçün onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Həsənalı Quliyev domino oynadığı kənd çayxanasını tərk edib, yaxınlıqda yerləşən ailə üzvləri ilə birlikdə yaşadığı evinə gedib. O, evdən mətbəx bıçağını dolabdan götürüb və şalvarının kəmər yerinə yerləşdirib.

Qadını iş otağında öldürdü

Daha sonra Həsənalı Quliyev niyyətini həyata keçirmək üçün Validə Tağıyevanın işlədiyi Beyləqan rayonu, İmamverdililər kəndi üzrə inzibati ərazi dairəsinin binasında yerləşən mədəniyyət evindəki iş otağına gəlib. Həmin vaxt orada stol arxasında tək oturan Validə Tağıyevanın üzərinə hücum edib, sol əli ilə onun boğazından tutub, sonuncu ayağa qalxmaq istəyərkən özü ilə gətirdiyi bıçağı çıxararaq, ona zərbələr vurmaq istəyib.

Həsənalı Quliyevin bıçaq çıxardığını görən Validə Tağıyeva ona yalvarıb, dönə-dönə aman diləyib. Amma Həsənalı Quliyev onun aman dilməsinə məhəl qoymayıb, özü ilə gətirdiyi bıçaqla ona çoxsaylı zərbələr vurub. 17 bıçaq zərbəsi alan Validə Tağıyeva hadisə yerində ölüb.

19 il cəza...

İstintaq orqanı tərəfindən Həsənalı Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənalı Quliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazılıq

Hökmdən narazı qalan Həsənalı Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Həmçinin zərərçəkmiş Validə Tağıyevanın hüquqi varisi, atası Rza Tağıyev də apelyasiya şikayəti verib. O, Həsənalı Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib, həmçinin şikayətində göstərib ki, Həsənalı Quliyev qətli qardaşı Elşad Quliyevlə birlikdə törədib. O, Elşad Quliyevin barəsində cinayət işi başlanmasını istəyib.

Şikayətçilərin şikayəti təmin edilmədi

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayətləri təmin edilməyib. Bu qərardan narazı qalan zərərçəkmişin hüquqi varisi kasasiya şikayəti verib.

Zərərçəkmiş tərəfin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb və sonda qərar elan edilib. Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib