Hərislik, şüurluluq və erkən biznes: Uşağınızı lider edən nədir?
Hadise
Oxunub: 690
6 may 2018 | 20:18
Hərislik, şüurluluq və erkən biznes: Uşağınızı lider edən nədir?














Bir çox valideynləri narahat edən bir sual var: erkən yaşdan övladlarını yükləməyərək potensialını necə inkişaf etdirmək olar?

BBC Rusca xidməti rusiyalı mütəxəssislərdən, uşaqları daimi dəyişən dünyaya hazırlamağın ən yaxşı yolunu soruşub.

Necə öyrətmək?

- Qərar vermə sxemləri tətbiq etmək əvəzinə uşağın qabiliyyətini artırmağa köklənmək

Mixayil Mokrinski, bacarıqlı və motivasiya olunmuş uşaqlar üçün internat məktəb "Letovo"nun direktoru:

"Uşaqları akademik karyeraya hazırlayarkən çox vaxt onların qabiliyyətlərinin formalaşmasında rol oynayacaq tapşırıqlardan istifadə etmirik. Biz fənləri bu əsasa uyğun olaraq hazırlamalıyıq.

Müəllim uşağın diqqətinə daha yaradıcı, kompleks tapşırıqlar çatdırmalıdır."

- Müxtəlif formatlardan istifadə. Məsələn, tənqidi düşüncə daha çox improvizə olunmuş müzakirələr zamanı formalaşır

Nataliya Bulkina, bulkina.tech səhifəsinin yaradıcısı və "Uşaqlar üçün süni intellekt və maşınlarla təhsil" kursunun müəllifi:

"Uşaqlar məlumatı çox yaxşı şəkildə mənimsəyirlər və məlumatın ötürülməsində müxtəlif üsullardan istifadə edildikdə neyron şəbəkəsi də yaxşı inkişaf edir. Yəni audio və ya vizual üsullar. Yaxud qoyun toxunsun! Ən ideal variant isə onu yaşamaqdır. Əgər oyunda bunu etmək mümkündürsə, nə əla. Və mütləq dostlarla müzakirə etmək vərdişi, çünki bu halda bir növ tarix yaranır.

Bu zaman hər şey daha yaxşı hopur. Çoxlu neyron əlaqələri yaranır və uşaq məlumatı müxtəlif yollarla öyrənməyə alışmış olur.

Çeşidlilik neyron şəbəkəsinə elastiklik verir ki, bu da getdikcə daha az elastik olan fərd üçün uyğunlaşmanı asanlaşdırır. Ümumiyyətlə bütün tədris uşağın rahat uyğunlaşan olmasına yönəlir. Çünki hər şey sürətlə dəyişəcək. Biz də uşağı sürətli uyğunlaşmağa hazırlayırıq.

Dərslərimdə özümüzü standartdan kənar aparırıq. Demək olar ki, daim söhbət edirik. Mən uşaqlara deyirəm: "Uşaqlar, sizə çatdırdığım bütün məlumatlar haqqında sizdə sual yaranmalıdır. Əgər nəyinsə doğru olmadığını düşünürsünüzsə, gəlin müzakirə edək".

Uşaqlar mübahisə etməyi sevirlər. Onlar sual verməyi çox xoşlayırlar. Biz mikrofonu bir-birimizə ötürürük və uşaqlar öz aralarında mübahisə etməyə başlayırlar.

Məlumat həddən artıqdır və müasir uşaqlar hansı məlumatı götürüb, hansını götürməmək barədə əmin deyillər. Biz yorğun olduğumuz və ya bəzən öyrənməyə tənbəllik etdiyimiz halda, onlarda hər şeyi qavramaq üçün uşaq meyli mövcuddur. Bu onlar üçün təbii bir haldır. Nəzərə almaq lazımdır ki, onların yaşında bizim öyrənmək üçün bu qədər materialımız yox idi.

Uyğun olaraq da uşağın lazımlı və lazımsızı ayırd etməsi üçün metodika və ya təlim yaratmaq lazımdır və yalnız məna kəsb edən məlumatı mənimsəmək şərtdir. Tənqidi düşüncəni azyaşlılarda da formalaşdırmaq mümkündür."

- Gücü elmin mənimsənilməsinə verməklə yanaşı, uşağın emosional intellektini də inkişaf etdirmək

- Yükü bərabər şəkildə bölmək

Mark Sartan, "Umnaya şkola" adlı tədris sistemlərinin işlənməsi mərkəzinin rəhbəri, İrkutsk şəhəri:

"Uşaq üçün məşğələlər və istirahət gün ərzində bərabər bölünərsə, o zaman günün birinci hissəsində böyük basqı olmaz və ikinci hissəsində istirahətə vaxt qalar."

- Fərdi tədris planı hazırlamaq: aşağı sinifdə - intellektin müxtəlif növlərini nəzərə alaraq, yuxarı sinifdə - şagirdlərin konkret həyat təcrübəsi əsasında

Yelizaveta Kaşirina, "Kidstart" adlı biznes düşüncə məktəbinin yaradıcısı:

"Məhz 6 və 14 yaş arası uşaqlar daha aktiv olurlar, tənbəl olmurlar və valideynləri ilə böyük emosional əlaqəyə malik olurlar. Bu balans ailənin uşağa dəstəyi zamanı özünü büruzə verir. Və nəticədə effektiv qarşılıqlı əlaqə və özünü qavrama əldə edilir.

İntellektin növlərinin öyrənilməsi və güclü tərəflərin aşkarlanması bu və ya digər biznes ideyasına köklənməyə imkan verir. Bu yolla da uşaqda yatan potensialı üzə çıxarmaq olur.

Məktəbdə hər uşağın intellekt tipi nəzərə alınmalıdır. Dərsdə qrafik və ya anime çəkən uşağın "üzərinə getmək" əvəzinə, anime üzərindən ona, misal üçün ədəbiyyatı izah etmək olar."

Mark Sartan:

Fərdiliyin hər yaş mərhələsinə uyğun müxtəlif prinsipləri mövcuddur. Orta məktəb imkanlar partlayışıdır və biz bu yaşı sosial, təhsil və peşəkar nümunələr üçün əlverişli sayırıq.

Burada məsələ, uşağın maksimal dərəcədə istədiyi şeyi sınamasından ibarətdir. Çünki bu yaşda onlarda bir çox şey qısamüddətli əsaslar üzərində formalaşır. Onlar dərnək və ya məşğələyə ya dostu getdiyinə görə, ya müəllimdən xoşları gəldiyi üçün və yaxud da mövzu maraqlı olduğu səbəbi ilə gedə bilərlər.

Orta məktəbdə maksimum şəkildə hər şey sınaqdan keçirmək lazımdır, çünki daha sonra fərdiliyin fərqli prinsipi gəlir - yuxarı sinif. Bu zaman onlar malik olduqları real təcrübə əsasında öz inkişaf istiqamətlərini müəyyənləşdirirlər.

Bəs yeni texnologiyalar necə?

- Uşağa kompüter və ya telefonun istifadəsini öyrətmək lazım deyil, qoy bu onlar üçün məqsəd yox, alət rolunu oynasın. Yaxşısı uşağı istehsalat yeri və laboratoriyaya aparmaqdır

Mark Sartan:

"Elə texnologiya növləri var ki, onları öyrətmək lazım deyil və hətta ziyandır. Onlardan faktiki olaraq normal dərs əsnasında yararlanmaq gərəkdir.

Uşağa kompüterin istifadəsini öyrətmək lazım deyil, ondan dərs və ya ev tapşırığı üçün yararlanmaq mühümdür.

Texnologiyanın ikinci növü - sinif otağında, yaxınlıqdakı emalatxanada, informasiya-kitabxana mərkəzində və ya adətən universitet nəzdində rast gəlinən kiçik laboratoriya fablabda istifadə olunan alətlərdir ki, onlardan istifadə etmək olar. Onları mənimsəmək lazımdır.

Üçüncü növ texnologiya isə ən yeni, ən son vasitələrdir ki, onları ilkin hazırlanmış şəkildə və bu qısa vaxt ərzində məktəblərdə görmək çətindir. Amma qonşuluqda real istifadədə görmək mümkündür.

Həmin məhsullardan yalnız onunla maraqlanan insanlar istifadə edə bilir və məktəb görür ki, uşaq bunu özü ala bilməz."

Nataliya Bulkina:

"Ən əhəmiyyətlisi odur ki, məktəb buna qoşulsun. Uşaqlara baqqal dükanının işi maraqlıdır, yəni oradakı robot mexanizmlərindən istifadə maraqlıdır. Onlara bu haqda eşitmək çox maraqlıdır. Amma həmin maşınlara toxunmaq maraqlı olmayacaq.

Ortaq nöqtəni tapmaq lazımdır. Amma digər tərəfdən robot-yükləyicinin işini göstərmək, onu yaratmağın nə qədər çətin olduğunu nümayiş etdirmək, nə qədər sensorları və s. olduğunu nəzərə çatdırmaq lazımdır."

Uşağa peşə bələdçiliyi lazımdırmı?

- Peşə anlayışı köhnəlir, eləcə də bildiyimiz klassik peşə bələdçiliyi

- Həyat yolunu müəyyənləşdirmək üçün uşaqlar alətlərə sahib olmalıdırlar (prioritet vərdişinə yiyələnmək, arzuları və bazardakı təkliflərə tənqidi yanaşmaq, daxili motivasiyaya qulaq asmaq və inkişaf perspektivini görmək)

- Uşaq müxtəlif idarəçilik altında və müxtəlif rollarda işləməyə alışmalıdır

- Uşaqlar maşınlarla işləməyə nə qədər erkən başlasalar, o qədər yaxşıdır, çünki gələcəkdə demək olar ki, peşələrin əksəriyyəti texnologiyadan asılı olacaq

Nataliya Bulkina:

"Uşaqlar özlərinə peşə seçərkən, maşınla işləyəcəklərini və ya maşınların onlara kömək edəcəyi və ya hər hansı yolla xidmət edəcəyini bilməlidirlər.

Lakin ümumiyyətlə bu qarşılıqlı nüfuz olacaq. Buna görə də uşaqlar bunu nə qədər tez anlasalar, o qədər yaxşıdır ki, nə ilə məşğul olacaqlarını xəyal etmək asan olsun.

Əvvəllər marketoloq olmaq üçün Excell-dən başqa proqram bilməyə ehtiyac yox idi. İndi isə işi asanlaşdırmaqdan ötrü müstəqil şəkildə skriptlər hazırlamaq lazımdır."

Mark Sartan:

"Bu gün peşə anlayışı artıq köhnəlir. Sərhədlər özlüyündə yoxa çıxır və 15 yaşlı bir yeniyetmənin 15 ildən sonra hansısa sənətə yiyələnib işləyəcəyi real səslənmir.

Biz peşə vermirik, gələcək həyat yolunda sənət seçimi üçün alətlərlə təmin edirik."

Mixayil Mokrinski:

Biz uşağın özünü ifadə etməsinə, özünü tanımasına çalışırıq. Bu, "səni düzgün qərarla təmin etmək" yox, "təklif olunandan sənə aid olanı seçməkdə kömək" olmalıdır.

Biz uşağa deməliyik: "Bacardığın, sınadığın və ya sınamaq istədiyin şeydən sənə ən çox hansı maraqlıdır? Başa düşürsənmi ki, bu sınadığın şeylərdən biri təkcə gələcək karyerana yox, həm də özünə münasibətini dəyişir?"

Əsas tapşırıq isə budur: məktəbi bitirməmişdən əvvəlki iki il ərzində uşaq bacardığını, bunun onun üçün asan olduğu və həzz aldığını, çətin olsa da, öhdəsindən gəldiyini, digərləri ilə birgə bacardığını bilməyi öyrənməlidir.

Müxtəlif rəhbərlər və müxtəlif rollarda işləmək bacarığı uşağa sonsuz fərdlər arasındakı işlərin "qorxulu" olmadığını öyrədəcək. və o, gələcəyinə daha dolğun və çətin baxa biləcək.

Uşağın uğurlu təhsili və peşəkar dünyada öz yerini tapması üçün necə kömək etmək olar?

- Uşağın müxtəlif məşğələlərə marağı olmalıdır. Əgər uşaq konkret nizama uyğunlaşa bilmirsə, ona intizamı tapması yolunda kömək lazımdır

- Uşağa kömək etmək lazımdır ki, öz əməyi ilə nəticəsi arasındakı əlaqəni görə bilsin

- Uşaq nə qədər erkən pul qazanmağa başlayarsa, bir o qədər yaxşıdır

Nataliya Bulkina:

"Düşünürəm ki, uşaqlara mümkün olan hər şey maksimal dərəcədə təqdim etmək lazımdır, amma yükləməmək şərti ilə. Alınmasa, o zaman həmin şeyi buraxıb başqa bir şeylə əvəzləmək.

Hər bir halda maksimum abı-hava yaratmaq lazımdır ki, uşaqlar yaxşı mənada həris olsunlar. Məsələn, teatr məktəbinə yazılmaq istəyirlərsə, qoy musiqi məktəbinə yox oraya yazılsınlar. Qoy musiqini orada öyrənsinlər, musiqi sədaları altında rəqs etsinlər. Başqa şey olacaq, amma təsiri eyni alınacaq."

Mark Sartan:

"Ətraf uşağın bu an istifadə etdiyi şeydən artıq imkanlarla zəngin olmalıdır ki, həmişə əlavə seçim şansı olsun.

Uşağa kömək etmək lazımdır ki, öz əməyi ilə nəticəsi arasındakı əlaqəni görə bilsin.

Yeri gəlmişkən bu, uşaq üçün çox qəliz bir tapşırıqdır. Çünki uşaqlar vaxt aralıqlarını böyüklərlə eyni şəkildə qəbul edə bilmirlər. Adətən təhsilin nəticəsi özünü gec büruzə verir.

Uşaq niyə bu gün səbirli olmalıdır? Çünki böyüklər ona deyirlər: "Sən bir az da döz, bu sənə gələcəkdə lazım olacaq." Belə götürsək, çox zəif motivasiyadır. Ona elə bu an keçmiş əziyyətlərinin bəhrəsini sübut etmək lazımdır. O anlamalıdır ki, keçmiş əziyyətlər bu günü bəxş edibsə, bu günkülər də sabaha qapıdır."

Və ən nəhayət yetkin yaşa yaxınlaşdıqca həyatını inkişaf etdirmək imkanı tanımaq lazımdır (buna inanmaq çox vacibdir) və qərarını qəbul etmək.

Əgər bu günün valideyni öz uşağını təhsillə təmin etmək istəyirsə, faktiki olaraq onun tərbiyəçisinə (müəlliminə) çevrilməli və təhsil proqramının təşkilində yardımçı olmalıdır.

Yelizaveta Kaşirina:

"Valideynlərin uşağa inamı son dərəcə əhəmiyyətlidir. Bu uşağa bacarıqları və özünəinamın inkişafında əminlik bəxş edir.

Hər kəsin söz açdığı "gələcəyin peşələrinə" bir baxın. Bir uşaq riyaziyyat və fizikaya uyğunlaşmırsa, humanitar fənlərin köməyi və ya biologiya və riyaziyyatın kəsiyində özünü tapa bilər.

O, süni intellekt əsasında musiqi yaza bilər. O, 3D modelləşdirmə vasitəsilə əl işi güldan yarada bilər. Uşaqdakı istedada baxın. O istedadları müasir, trend texnologiyalar ilə birləşdirməyə çalışın. İstənilən halda cəhd sayı artıq uğur sayıla bilər.

Evdə uşaqla təxminən 10-20 dəqiqə oturun, bir oyun uydurun və soruşun: "Sənə nə maraqlıdır? Nə olmaq istəyirsən?" Uşağın maraqları haqqında danışmağa çalışın. Sonra isə özünə bildirmədən hər gün bu maraqla 15-20 dəqiqə məşğul olun.

Biz uşağın ilk pulunu qazanması üsulunu məsləhət bilirik. Özünü biznes dünyasında nə qədər çox sınayarsa, bir o qədər yaxşıdır. Bu halda səhv etməkdən qorxmayacaq. Bu böyük bir şirkətdə staj keçmək, 3D çap vasitəsilə biznes qurmaq və ya qalstuk-kəpənəklər yaratmaq ola bilər. İstənilən bir şey.

Uşaqda özünəəminliyi artırın. Onu tərifləyin. Nəyi bacara bildiyinə diqqət edin. Nəyisə bacarmadığı və ya alındırmadığı üçün onu danlamayın. Alınmır? Lap yaxşı!

Gəlin, uşağın həyatında buraxacağı səhvlərdən qorxmayaq."
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib