Həyətin ortasında 7 yaşlı uşağı soyundurdu və zorla… - Azərbaycanda biabırçılıq
Hadise
Oxunub: 800
2 may 2018 | 14:02
Həyətin ortasında 7 yaşlı uşağı soyundurdu və zorla… - Azərbaycanda biabırçılıq















Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Seymur Canalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Seymur Canalıyev Sabirabad rayonunun Şəhriyar kəndinin sakini olub. Həbs olunan zaman həmin kəndin orta məktəbinin 11-ci sinfində oxuyub.

Qohumunun evinə gəldi, azyaşlını gördü

İttihama görə, Seymur Canalıyev 11 sentyabr 2017-ci ildə, saat 15-də Sabirabad rayonunun Şəhriyar kəndində yaşayan qohumu və həmkəndlisi Rüstəm Həmidovun (Cinayət işində adı keçən zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib - red.) yaşadığı evə gəlib.

Həmin vaxt Seymur Canalıyev Rüstəm Həmidovun nəvəsi, 2011-ci il təvəllüdlü Sahib Həmidovu orada görüb. Bu zaman o, Sadiqə Həmidovanın xahişinə əsasən Sahibi yaxınlıqda olan evlərinə aparıb.

Cinsi əlaqədə olmaq istəyini dedi

Seymur Canalıyev kənddaxili yolda Sahib Həmidovun azyaşlı və sadəlövh olmasından istifadə edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, bu istəyini azyaşlıya çatdırıb.

Daha sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovu həmkəndliləri - Samir Babayevə (ad və soyad şərti verilib - red.) məxsus Sabirabad rayonunun Şəhriyar kəndindəki yaşayış olmayan evin həyət bağçasındakı əncir ağacının altına aparıb.

Əncir ağacının altında intim əlaqə

Orada Seymur Canalıyev Sahib Həmidovdan əynindəki şortikini soyunmasını tələb edib. Sonuncu ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk etməyərək onun tələblərini yerinə yetirib.

Bundan sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlı ona müqavimət göstərib.

Bu səbəbdən o, Sahib Həmidova zorakılıq hərəkətləri edərək, müqavimət göstərməsinin qarşısını alıb. O, zorla Sahib Həmidovla cinsi əlaqədə olub. Həmin zaman Seymur Canalıyev Sahib Həmidova sağlamlığa az ağır zərərvurma xəsarətləri də yetirib.

Həbs və cəza

Azyaşlının valideynlərinin polisə şikayət etməsindən sonra Seymur Canalıyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Canalıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 sentyabr 2017-ci ildən hesablanması qərara alınıb.

Hökmdən narazı qalan Seymur Canalıyevin qanuni nümayəndəsi - atası apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmənin oğlu ilə bağlı çıxardığı hökm çox sərtdir.

Ata oğluna verilən cəzadan narazılıq etdi

Oğlun yetkinlik yaşın çatmadığını göstərən nümayəndə bildirib ki, onun törətdiyi bu cinayət həyatında ilk dəfədir ki, törədir: "Bundan əlavə, oğlum heç bir cinayət əməli törətməyib. Məhkəmə iclasında oğlum təqsirini etiraf etməklə, əməlindən peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin onu bağışlamasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə yaxın qohum olmasını, ilk məhkumluğunu nəzərə alınmasını xahiş edib. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi məhkəməyə müraciət edərək, barışdıqlarını, oğluma qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş ediblər".

Nümayəndə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Seymur Canalıyevə həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Nümayəndənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Seymur Canalıyevin atasının verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

///Publika.az
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”