Bakıda taksi sürücülərinin “razborka”sı: - “Kişi kişinin çörəyinə bais olmaz”
Hadise
Oxunub: 437
29 apr 2018 | 20:47
Bakıda taksi sürücülərinin “razborka”sı: - “Kişi kişinin çörəyinə bais olmaz”














Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin müştəri davası qanla nəticələnib. Sürücülər arasındakı anlaşılmazlıq onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya göndərib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini 27 yaşlı Saleh Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, taksi fəaliyyəti ilə məşğul olan Saleh Quliyev ötən il oktyabrın 6-da müştəri üstündə taksi sürücüsü, Xaçmaz rayon sakini 35 yaşlı Ramin İsmayılovla mübahisə edərək onu bıçaqlayıb. Törətdiyi cinayət əməlinə görə Saleh Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Saleh Quliyev ifadəsində özünə məxsus avtomobillə mütəmadi olaraq “Şamaxinka”dan Xaçmaz rayonu sərhəd keçid məntəqəsinə müştəri apardığını göstərib. Hadisə baş verən gün maşında üç nəfər müştəri olub, yola çıxmaq üçün daha bir nəfər müştəri gözləyərkən qırmızı rəngli “Mersedes Benz”in sürücüsü onun yaxınlığında maşını saxlayaraq müştəri çağırmağa başlayıb.

Elə bu vaxt Salehin avtomobilindəki 35-40 yaşlı qadın maşından düşüb həmin avtomobilə doğru gedib. Saleh sürücüyə yaxınlaşaraq nə üçün “mərdiməzarlıq” etdiyini soruşub: “Dedim, o qadın mənim müştərimdir, hamımız evimizə bir tikə çörək aparmaq üçün yola çıxmışıq. Üstümə gələrək, “yaxşı eləyirəm” dedi. Mənsə cavabımda “kişiyik, kişi kişinin çörəyinə bais olmaz” deməklə kifayətləndim. Bunu demişdim ki, sinəmdən möhkəm itələdi, yerə yıxıldım, ardınca söyüş söyməyə başladı”.

S.Quliyevin ifadəsinə görə, sürücüyə gücü çatmadığını görüncə, bıçağa əl atıb: “Ayaq nahiyəsinə bir neçə dəfə vurdum ki, məndən əl çəksin. İki nəfər cavan oğlan onu xəstəxanaya apardı, mən də evə getdim. Hadisə barədə ailə üzvlərimə məlumat verdikdən sonra polisə yollandım. Ramini öldürmək niyyətim olmayıb, onu bıçaqla vurmaq fikrim də yox idi. Hərəkətləri pis təsir etdiyindən, məni döyməyinin qarşısını almaq üçün vurmuşam”.

Zərərçəkmiş Ramin İsmayılov ifadəsində göstərib ki, hadisə baş verən gün Xaçmaz rayon sərhəd keçid məntəqəsinə getdiyi üçün yolüstü “Şamaxinka”dan bir nəfər müştəri götürmək istəyib: “Bir nəfər qadın maşına yaxınlaşıb mənimlə getmək istədiyini dedi. Həmin qadının arxasınca iki nəfər gələrək narazılıq etməyə başladılar. Onların ikisini də üzdən tanıyırdım. Taksi fəaliyyəti ilə məşğul olduqlarını bilirdim. Narazılıq edən sürücüyə qadını aparmaq niyyətim olmadığını dedim. Amma müştəri özü həmin şəxslə getmək istəmədiyini söylədi. Sürücülər isə mübahisə etməyə başladılar, onlardan birinin sinəsindən itələdim, arxaya gedib öz maşınına dəydi. Sonra bıçaqla üstümə gələrək məni vurdu. Qaçıb getdilər. İki nəfər evakuator sürücüsü məni öz avtomobilimlə Respublika Kliniki Xəstəxanasına apardılar”.

Məhkəmənin hökmü ilə Saleh Quliyevin barəsində Cinayət Məcəlləsinin 62 -ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI