Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır - YENİLƏNİB
Hadise
Oxunub: 1 380
8 fev 2015 | 16:58
Zaqatalada baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Zaqatalada baş verən ağır yol qəzasında ikisi qardaş olmaqla 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası fevral ayının 7-i gecə saat 23:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İlkin Ömər oğlu Ömərov idarə etdiyi "Mercedes" markalı, 10 TT 576 dövlət nömrə nişanlı minik avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ kənarındakı ağaca çırpılıb.
Daha sonra avtomobil yolun kənarına aşıb. Ağır qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 3 nəfər, rayonun Yuxarı Tala kənd sakinləri 1993-cü il təvəllüdlü Şamil Məcid oğlu Poladov, 1994-cü il təvəllüdlü Camal İsa oğlu Bağmanov və Camal Bağmanovun qardaşı 1995-ci il təvəllüdlü Emin İsa oğlu Bağmanov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü İlkin Ömərov və avtomobildə olan daha bir sərnişin 1993-cü il təvəllüdlü, Zaqatala şəhər sakini Fərid Ömər oğlu Səfərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan İlkin Ömərovun vəziyyəti ağır, Fərid Səfərovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu