Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır
Hadise
Oxunub: 597
20 apr 2018 | 19:30
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır














Xəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlu (İbrahimov) ona yaxın şəxslər tərəfindən döyülüb və hadisədən 10 gündən çox vaxt keçsə də, hələ də insidenti törədən 2 nəfər məsulliyətə cəlb olunmayıb.

Unikal.org xəbər verir ki, Famil Fərhadoğlunu döyən şəxsin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq Əliyev adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib. Həmin şəxs Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Ceyhun-Təyyar Paşayevin oğlu Riad Paşayevdir. O, hazırda "Azərtürkbank”ın Bakı filalının müdiri vəzifəsində çalışır, anası Validə Paşayeva isə səhiyyə nazirliyinin işçisidir.

Əldə etdiyimiz digər məlumata görə, jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alan Əliyev Namiq Sabir oğlu Səhiyyə nazirinin yaxın adamıdır.Elə bu səbəbdəndə Oqtay Şirəliyev Namiq Əliyevi məsuliyyətə cəlb olunmasında maraqlı deyil.Çünki Namiq Əliyev həbs edildiyi təqdirdə jurnalistin Səhiyyə nazirinin sifarişi ilə döyülməsi öz təsdiqini tapacaq. Heç kəsə sirr deyil ki, Riad Paşayevin anasının həkim olması, məsələdə nazirin yaxın adamı olan Namiq adlı şəxsin adını çəkilməsi Oqtay Şirəliyevin bu məsələdən xəbərdar olduğunu sübut edir.

Sadaladığımız faktlara görə Səhiyyə naziri Oqtay Şirəliyev bu məsələnin qısa zamanda həll olunmasını istəyir.Məsələnin Kütləvi İnformasiya Vasiətlərinin gündəmindən düşməməsi, digər jurnalistlərin və media rəhbərlərinin kəskin münasibət bildirməsi nazirin səbr kasasını daşırıb.Bu səbəbdən də o, nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı Kütləvi İnformasiya Vasitələrini susdurmadığı üçün tutduğu vəzifəsindən azad edib.
Son günlər Səhiyyə "Şef”inin adının qalmaqallarla gündəmdən düşməməsi isə yuxarı dairələrin qəzəbinə səbəb olub.Belə ki, 1 ay ərzində Oqtay Şirəliyevin adı ölkə mediasının gündəminə 2 böyük hadisə ilə gəlib.Jurnalistin döydürülməsi faktına qədər Respublika Narkoloji Mərkəzində müalicə alan 25 xəstənin yanaraq həyatını itirməsi nazirə qarşı qəzəbi birə iki artırıb.

Sadalanan məsələlər azmış kimi bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyevin 11 apreldə keçirilmiş prezident seçkilərində iştirak etmədiyi barədə informasiya öz təsdiqini tapdı.Belə ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev Oqtay Şirəliyevin qeydiyyatda olduğu məntəqədə səs vermədiyini, digər seçki məntəqəsində səs vermək üçün çıxarış almadığını bildirdi.Hər nə qədər Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatı təkzib etməyə çalışsa da, onun nazirin seçkidə səs verdiyi ilə bağlı "görüntülər var” deməsi səhiyyə nazirini daha da çətin vəziyyətə saldı.Çünki nazirliyin xanım əməkdaşı Oqtay Şirəliyevin seçkidə səsverməsi iləbağlı hər hansı bir görüntü ortaya çıxara bilmədi.Bu da bir daha sübut etdi ki, səsvermədə iştirak etməyən Oqtay Şirəliyev həm də seçicilərin səslərinin mütləq əksəriyyətini qazanaraq yenidən Prezident seçilmiş cənab İlham Əliyevə səs verməyib.

Qeyd edək ki, Oqtay Şirəliyevin nəzarət etdiyi səhiyyə sahəsindən gələn şikayətlər artıq dövlət başçısını da ciddi şəkildə narahat edir və bu sektorda ciddi islahatların həyata keçirilməsinin köhnə nazirlə mümkün olmayacağı ortadadır. Bu barədə Oqtay Şirəliyevin özü də məlumatlıdır. Odur ki, istefaya göndərilən Nazirlər Kabinetinin yeni tərkibində Səhiyyə Naziri Oqtay Şirəliyevin qalıb-qalmayacağı isə sual altındadır.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil