Azərbaycanda müəllimin döydüyü deyilən 5-ci sinif şagirdi özünü asdı - YENİLƏNİB
Hadise
Oxunub: 1 336
6 fev 2015 | 19:54
Müəllimlər dindirilib

Gədəbəy rayonu Arabaçı kəndində intihar edən 5-ci sinif şagirdi Şahin Gülzalı oğlu Abbasovun təhsil aldığı orta məktəbdə heç bir problem olmayıb. Lent.az-ın məlumatına görə, bu barədə məktəbin direktoru Tofiq Mirzəyev anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, intihar deyildiyi kimi məktəbdə yaranmış problem səbəbindən olmayıb.
"Ümumiyyətlə deyilənlərin hamısı bizim məktəbə qarşı yönələn qara qüvvələrin işidir. Şahin Abbasovun məktəbdə heç bir problemi olmayıb. Davamiyyəti yaxşı olub. Bacardığı qədər müəllimlərin tapşırıqlarını yerinə yetirməyə çalışıb. Ondan heç kəs narazılıq etməyib. Hadisə baş verən günün səhəri sinifə girib, uşaqlarla bir-bir danışmışam. Uşaqlar da bildiriblər ki, sinif rəhbəri heç kəsi incitməyib", - deyə Tofiq Mirzəyev bildirib.
İntihar edən şagirdin sinif rəhbəri Rübail Nəbiyev açıqlamasında bildirib ki, barəsində deyilənlərin heç biri həqiqəti əks etdirmir.

***

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir.
İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.
Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.
Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.

***

Gədəbəy rayonunda 11 yaşlı oğlan intihar edib.
Bu barədə Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, rayonun Arabaçı kəndində 2004-cü il təvəllüdlü Şahin Gülzalı oğlu Abbasov özünü asıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilib. Hazırda baş verən intiharın səbəbləri dəqiqləşdirilir.
Hadisə ilə əlaqədar ANS PRESS-in "qaynar xətti"nə bildirilib ki, uşaq orta məktəbdə müəllim tərəfindən döyülüb. Deyilir ki, 5-ci sinifdə oxuyan oğlanın sinif rəhbəri Rübail Tofiq oğlu Nəbiyev döyüb.
Ehtimal olunur ki, məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşən uşaq bu səbəbdən özünü asıb. Lakin rayon prokurorluğunda faktla bağlı heç bir məlumat verilməyib.
"Rübail Nəbiyev intihar edən Şahin Abbasovun sinif rəhbəri olduğu üçün dindirilib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərik", - deyə Anar Nağıyev bildirib.
Faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyində araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalardan sonra hadisnin əsas səbəbləri məlum olacaq.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO