Bakıda bir neçə yol nəqliyyat hadisəsi baş verib - Foto
Hadise
Oxunub: 1 374
5 fev 2015 | 21:39
Bakıda bir neçə yol nəqliyyat hadisəsi baş verib - FotoÖtən gecə paytaxt Bakıda bir neçə yol nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 1 nəfər xəsarət alıb.

Gecə təxminən 01:00 radələrində Bakının Nəsimi rayonu ərazisində zəncivari yol- nəqliyyat hadisəsi baş verib. Hadisə Mirəli Qaşqay və Mirəli Rəfiyev küçələrini kəsişməsində qeydə alınıb. "Ford" markalı avtomobil öncə "Qeydfol" markalı nəqliyyat vasitəsinə toqquşub. Daha sonra yol kənarında dayanan Hunday markalı maşına çırpılıb. Qəza nəticəsində "Qeydfol"un sürücüsü xəsarət alıb. Zərərçəkmişə öncə hadisə yerinə gələn təcili tibbi yardım maşınının həkimləri yardım göstərib. "Hyundai" markalı avtomobilin sürücü Elşən Məmmədovun sözlərinə görə, qəzanı törədən "Ford"un sürücüsü hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn Dövlət Yol Polisi Nəsimi rayon əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıblar. Faktla bağlı araşdırma aparılır. Geridə qoyduğumuz gecə paytaxtın Xətai rayon ərazisində isə qəribə yol qəzası baş verib. Babək prospektində qeydə alınan qəzada sürücü öz maşınını yandırıb. Belə ki, adıçəkilən prospektlə hərəkət edən "Chevrolet"lə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hələlik kimliyi müəyyən olunmayan "Chevrolet"in sürücüsü qəzadan sonra avtomobildəki ehtiyat yanacağı maşının üzərinə tökərək od vurub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon şöbəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanan maşın tez bir zamanda söndürülüb.
Əraziyə gələn polis əməkdaşları maşınına od vurub hadisə yerindən qaçmaq istəyən sürücünü saxlayıblar. O ifadəsinin alınması üçün Xətai rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

kepeztv.az

Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi