Azərbaycanda məmur güllələndi - Rəsmi açıqlama
Hadise
Oxunub: 563
31 mar 2018 | 17:00
Azərbaycanda məmur güllələndi - Rəsmi açıqlama














Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında martın 30-da saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli Parkın əməkdaşları tərəfindən saxlanılıb, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.

Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 ədəd bıçaq, 1 ədəd fanar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Milli Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu Atbulaq kənd sakini Elvin Tərxan oğlu İsrafilovolduğu müəyyən edilib. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində digər qanun pozucusu Hacıqabul rayonu Atbulaq kənd sakini Rahil Heybət oğlu Ağayevda saxlanılıb.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR