"Övladım xəstədir" - deyib pul aldı, kömək edən qadını şantajla hədələdi — TƏFƏRRÜAT
Hadise
Oxunub: 457
2 fev 2018 | 13:07
"Övladım xəstədir" - deyib pul aldı, kömək edən qadını şantajla hədələdi — TƏFƏRRÜAT














Bakıda mənzildəki seyfdən 58 min dolların oğurlanması hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.
Əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ.adlı şəxs Binəqədi rayonu, 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.

Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.

“Ölkə.Az” “Sputnik”ə istinadən xəbər verir ki, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.

İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə elan saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə həmin saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.

Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.

İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri “WhatsApp” yazışmalarında da öz əksini tapıb.

Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik