Bir həftədə metroda 2 intihar hadisəsi: faciələri necə önləyək?
Hadise
Oxunub: 462
13 yan 2018 | 10:45
Bir həftədə metroda 2 intihar hadisəsi: faciələri necə önləyək?
















Nəsimi Paşayev: “Sərnişinlərin təhlükəsizliyi üçün əlimizdən gələni edirik”

Son zamanlar ölkədə intihar hadisələrinin sayı yenidən artıb. Xüsusilə də onlar nədənsə artıq ağrılı ölümü seçib, Bakı metrosunun stansiyalarında özlərini qatarın altına atırlar. Son 1 həftə ərzində iki nəfər metroda intihar edərək, dünyasını dəyişib.

Belə ki, yanvarın 8-də metronun “Ulduz” stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü “H.Aslanov” metrostansiyasından “İçəri Şəhər”ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Nəticədə o, dünyasını dəyişib.

Yanvarın 12-də isə “Həzi Aslanov” stansiyasından “Dərnəgülə” hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olan zaman 1971-ci il təvəllüdlü Cəmil Cəlilov özünü qatarın altına atmağa cəhd etsə də bunu bacarmayıb və qatar onu vuraraq platformaya atıb. C.Cəlilov xəstəxanada dünyasını dəyişib.

Bəs metroda intiharların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək olarmı?

Yaponiyada metro ile ilgili görsel sonucu

Öncə, xaricdə metro stansiyalarında bu kimi bəd hadisələrin qarşısının alınması üçün görülən tədbirlərə nəzər salaq. Belə ki, bəzi ölkələrdə metroda relslərlə platforma arasında şəffaf şüşədən ibarət sədd var. Bu tipli stansiyalarda sərnişinlərin tunelə yıxılması və ya intihar məqsədilə qatarın altına tullanması mümkün deyil. Çünki sədd yalnız qatar gəlib, dayandıqdan sonra açılır və sərnişinlər qatarlara daxil olurlar. Daha sonra isə yenidən platforma ilə relslər arasında ara qapanır.

Yaponiyanın paytaxtı Tokio şəhərində isə bəzi metro stansiyalarında artan intihar hadisələri üçün maraqlı bir həll yolu düşünülüb. Belə ki, intiharların qarşısını almaq üçün bəzi metro stansiyalarında mavi işıqlar quraşdırılıb. Bu üsulla, intihar psixologiyasında olan sərnişinlər mavi işıq ilə rahatlaşırlar və intihardan imtina edirlər.

Bir məlumatı da qeyd edək ki, dünyada intiharlar daha çox ABŞ-da baş verir. Belə ki, statistikalara görə hər il təxminən 40 min ABŞ vətəndaşı intiharla həyatına son qoyur. İntihar edənlərin əksəriyyəti kişilər olur və onlar metro stansiyalarına deyil, intihar etmək üçün silahdan istifadə etməyə üstünlük verirlər.

Ümumiyyətlə, rəqəmlərə görə intihara cəhd edənlərin 90 faizi ölür. ABŞ mütəxəssisləri bildirirlər ki, intihar etmək istəyən şəxslər bunu daha öncədən düşünsə də yekun qərara 10 dəqiqə ərzində gəlir və onu saxlamaq asan deyil.

"Bakı metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda yuxarıda qeyd etdiyimiz mexanizmləri qurmaq çətindir:

Nəsimi Paşayev ile ilgili görsel sonucu

“Bu, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Yəni belə bir qurğunun dərhal yaradılması asan məsələ kimi gəlməsin. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Sizin dediyiniz qurğulardan xaricdə stansiyalarda olduğunu deyirlər. Ancaq qeyd edim ki, xarici ölkələrin əksəriyyətində də bu cür qurğular mövcud deyil. Çünki mexanizm sadə deyil. Xaricdə müqayisə edəndə onu da qeyd edim ki, orada heç kimsə gedib özünü dəmiryoluna ataraq intihar etmək istəmir. İntihar üçün başqa vasitələr seçirlər. Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırmaq və ya bir polis ayırmaq kimi imkanımız yoxdur. Metroda yeni stansiyalarda platforma ilə relslərin arasında çəkilən təhlükəsizlik xəttinə işıqlar da quraşdırılıb. Yəni bu, insanların diqqətli olması, xətti keçməməsi üçün nəzərdə tutulub. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır. İnsanları da intihardan çəkindirmək əslində Metropolitenin işi deyil. Biz sərnişindaşıma ilə məşğuluq. Doğrudur, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin edirik. Yəni bizdə təhlükəsizlik məsələsi 24 saat aktivdir və hər zaman bunu düşünürük. Lakin qeyd etdiyim kimi, sırf olaraq yuxarıda bəhs etdiyimiz mexanizmin tətbiqini fikirləşmirik. Vətəndaşların təhlükəsizliyi üçün stansiyada polis də var, bizim əməkdaşlar da fəaliyyətdədirlər. Əməkdaşlarımız tez-tez anons da edirlər. Orada təhlükəsizlik xəttinin keçməməsi üçün xəbərdarlıq olunur. Sərnişin sıx olan zaman xoşagəlməz hal yaşanmasın deyə, stansiyada işləyən müfəttişlərimiz də köməyə gəlirlər.Yəni biz, bacardığımız qədər çalışırıq ki, kömək edək. Bundan əlavə sərnişinlərin təhlükəsizlik qaydalarına əməl etmələri üçün video roliklər də çəkilib, stansiyalarda sosial reklamlar, afişalar da vurulub. Əlimizdən gələni edirik. Ümumilikdə insanları intihardan vaz keçirmək lazımdır”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı