Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir
Hadise
Oxunub: 581
27 dek 2017 | 00:55
Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir













Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) İstanbulda 36 yaşlı kriminal avtoritet David Alxanaşvilinin qətlində əli yoxdur.

Bu barədə Oxu.Az-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

D.Alxanaşvili dekabrın 22-də İstanbul kafelərinin birində öldürülüb.

Bildirilir ki, Alxanaşvilinin azərbaycanlı kriminal avtoritetlərlə heç bir münaqişəsi olmayıb. David uzun müddət Dato Krasnodarski kimi tanınan Ozmanovla düşmənçilik edib. Dato "qanuni oğru” olmasına baxmayaraq, açıq bizneslə məşğul olan azsaylı kriminal avtoritetlərdən biridir. Kriminal ənənələrə əsasən, "düzgün oğru” bizneslə məşğul ola, eləcə də dövlətə işləyə bilməz.

Mənbənin sözlərinə əsasən, Alxanaşvili Dato və Tariel Oniani klanının münaqişəsinin qurbanı olub. 2011-ci ildə Belçikada Datoya hücum olunub və kriminal avtoritet çoxsaylı bıçaq yarası alıb. Ona sui-qəsddə Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Qiya Qurçiani (Svan), həmçinin Akakiy Tuquşi və David Alxanaşvili iştirak ediblər.

Bu hadisədən sonra Tuquşi və Alxanaşvili 2012-ci ildə Dubayda keçirilən "sxodka” zamanı "qanuni oğru” adını alıblar. Elə həmin "sxodka”da Rövşən Lənkəranskinin killeri sayılan Hacıağa Talıbxanlıya (Hacı Beyləqanlı) da "ad” verilib.

Ozmanovun uzun müddət planlaşdırdığı qisas planının ilk qurbanı isə David Alxanaşvili olub.

Bütün bunlardan əlavə yaxın günlərdə Türkiyədə oğruların "sxodkası”nın keçiriləcəyinə dair məlumat var. Məlumata əsasən, azərbaycanlı avtoritetlərlə yanaşı bəzi gürcü oğrularını da öz tərəfinə çəkən Lotu Quli bu "sxodka”da əsas simalardan biri olacaq. Lotu Quli həmçinin Qii Qeorqadzenin klanı ilə birləşməyi planlaşdırır. Sonuncunun nüfuzu Rusiya kriminal aləminin lideri Zaxariya Kalaşovdan (Şakro Molody) az deyil.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı