Ucar, Yevlax, Göyçay və İmişli rayonlarında baş vermiş qəzalarda ölən və yaralananlar var
Hadise
Oxunub: 2 346
19 yan 2015 | 21:20
Ucar, Yevlax, Göyçay və İmişli rayonlarında baş vermiş qəzalarda ölən və yaralananlar varUcar, Yevlax, Göyçay və İmişli rayonlarının ərazisində ağır yol-nəqliyyat hadisələri baş verib. Bu hadisələr zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ucar rayonu ərazisində iki nəfərin yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 09:30 radələrində qeydə alınıb. Belə ki, Bakı istiqamətindən gələn Göyçay rayon sakini Tariyel Qasımovun idarə etdiyi "KamAZ" markalı betonqarışdıran maşın əks istiqamətdən hərəkətdə olan Göyçay rayon sakini Ehtiram Salahovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Mercedes" qəflətən yanmağa başlayıb. Bu zaman "Mercedes"-in sürücüsü və avtomobildə olan sərnişin Emin Qurbanov yanaraq ölüb. Yaralanan "KamAZ"ın sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğını hadisə yerinə gələn Ucar və Kürdəmir rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları söndürüblər. Yanğın zamanı ölən Emin Qurbanovun Göyçay rayon prokurorunun köməkçisi olduğu bildirilir.

Sərxan Tağıyev- hadisənin şahidi: "Bakıdan gəlirdik. Azpetrolun maşını idi, mən idim bir də "Şaqman" idi. Kolonla gəlirdik, gəldi üçümüzü də keçdi. Girdi "DAF"-ın qabaq təkərinə. Dəyən kimi apardı saldı oraya. Üstündən 15 dəqiqə keçdi, maşın başladı yanmağa, söndürməyə çalışdıq, sönmədi".

Yevlax rayonu ərazisində baş verən avtomobil qəzasında ana ölüb, ata və oğul yaralanıb. Hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb. Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Firuz Cəfərovun idarə etdiyi Mercedes markalı minik maşını qarşı tərəfdən gələn, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Allahverdi Həsənovun idarə etdiyi VAZ 21 07 markalı minik avtomobili ilə toqquşub. Bu zaman "VAZ 21 07" alovlanıb. 3 nəfər- "VAZ 21 07"-nin sürücüsü, onun atası, 1962-ci il təvəllüdlü Qədim Həsənov və anası, 1961-ci il təvəllüdlü Naibə Həsənova xəsarət alıb. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Naibə Həsənova orada dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Elbrus Ağaməmmədov- avtomobil müfəttişi: "İlkin ehtimala görə, qəza "Mersedes" markalı avtomaşının "VAZ-2107" markalı avtomaşının hərəkət zolağına çıxması nəticəsində baş vermişdir".

Göyçay rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayıl Rzayevin idarə etdiyi Mercedes markalı minik maşını qarşı tərəfdən gələn rayonun Şəhadət kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Soltanova məxsus "VAZ 2106" markalı avtomobillə toqquşub. Bu zaman "VAZ 21 06"-nın sürücüsü Orxan Soltanov xəsarət alıb. O, Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İmişlidə də yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Otuziki kəndi ərazisində qeydə alınıb. Ramal Heydərov idarə etdiyi "VAZ-21 09" markalı avtomaşının idarəetməsini itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin Elvin Behbudov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Baş vermiş faktlarla bağlı araşdırmalar aparılır.

kepeztv.az
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı