Son Dəqiqə: Azərbaycanın 2 məşhur futbolçusu həbs olundu - FOTOLAR
Hadise
Oxunub: 2 940
30 noy 2017 | 10:10
Son Dəqiqə: Azərbaycanın 2 məşhur futbolçusu həbs olundu - FOTOLAR












Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi" - "Keşlə" oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun - Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.

"Neftçi" ilə oyundan sonra Ramiz Məmmədovun "səbəbləri açıqlasam, böyük partlayış ola bilər" sözləri təsadüfi deyilmiş. Sən demə, "Keşlə"nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. "Neftçi" ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.

Bizdə olan bilgiyə görə, "Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Matçın şübhəli olması barədə ehtimallarımızı hələ oyun bitən kimi açıqlamışdıq. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.Son Dəqiqə: Azərbaycanın 2 məşhur futbolçusu həbs olundu - FOTOLAR







Baş rolda "Neftçi" ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Bəs, bu könüllü təslimçiliyin səbəbi nədir? Bildiyimizə görə, ortada bukmeker kontorları ilə işbirliyi yoxdu. Sadəcə, futbolçular hansısa məbləğ qarşılığında bu addımı atıblar. Bəs, həmin pulu kim verib? Dəqiq informasiyamız olmadığı üçün ad yazmağımız doğru deyil.

İstənilən halda, oyunun hansısa məbləğ qarşılığında verilməsi varsa, həmin vəsaiti təmin edən insanlar da olmalıdı. Onları tapmaq isə artıq müvafiq orqanların işidi. Güman ki, Mirhüseynlə Nizaminin dünən saxlanılması və dindirilməsindən sonra əsas günahkarları da tanıyacağıq. Bildiyimizə görə, söhbət heç də fantastik məbləğdən getmir, 5-10 min dollarlıq söhbətdi. "Keşlə"dən vaxtlı-vaxtında maaşını ala bilməyən futbolçular bu addımı atmaqla özlərinə gün ağlamağa çalışıblar.

Vəziyyət o qədər ciddidi ki, Seyidov kimi arxalı, yuxarı dairələrdə dayaqları olan futbolçunu da qorumaq mümkün olmayıb. Əldə təkzibolunmaz sübutlar olduğu deyilir.

Bu qalmaqal heç də yalnız "Neftçi" ilə oyunla bağlı deyil. "Keşlə"nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir. Son Dəqiqə: Azərbaycanın 2 məşhur futbolçusu həbs olundu - FOTOLAR
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı