Körpə qızı ilə ata göz-gözə baxa-baxa can verdi: Bakıda film kimi olay
Hadise
Oxunub: 426
29 noy 2017 | 11:34
Körpə qızı ilə ata göz-gözə baxa-baxa can verdi: Bakıda film kimi olay













Xəbər verdiyimiz kimi, 23-də Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov həyat yoldaşı Olya və iki azyaşlı övladı ilə birlikdə naməlum sürücü tərəfindən avtomobillə vurulmuşdu. Ağır yaralılar ətrafdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilmiş, sürücü isə hadisə yerindən qaçmışdı.

Milli.Az a24.az-a istinadən xəbər verir ki, qəzanı törədib hadisə yerindən qaçan sürücünü tapmaq mümkün olsa da, yaralılardan 2-sinin - Azər Əhmədovla qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb. Dünən ata ilə qızı eyni vaxtda müalicə olunduqları xəstəxanadaca keçiniblər.

Bu barədə vəfat edən Azər Əhmədovun yaxın qohumu, jurnalist Züleyxa Nadir məlumat verib. Z.Nadirin hadisə barədə yazdığı ürəkdağlayan yazını təqdim edirik:

"Ana xəstəxananın dördüncü mərtəbəsi ilə beşinci mərtəbəsinin pillləkanlarını 4 gündə bəlkə də 4 min dəfə, ya da 40 min dəfə düşüb çıxmışdı. Dördünücü mərtəbədəki palatada gəlini Olya ilə nəvəsi Malik, beşinci mərtəbədəki reanimasiyada isə oğlu Azərlə nəvəsi Mədinə yatırdılar...
Gecəni yenə də yatmamışdı. Gəlininə və oğluna keşik çəkmişdi. Hər yarım saatdan bir yuxarı qalxmışdı...Oturduğu stulda on beş dəqiqə mürgüləmişdi. Dörd günün yuxusuzluğu sanki, başını aldatmışdı. Hövlanak gözlərini açdı. Olya da, Malik də yatmışdı. Onlara vurulan ağrıkəsici iynələrin təsiri hələ keçməmişdi. Tələsik palatanın qapısını açıb beşinci mərtəbəyə qalxdı. Həkim olduğu üçün həmkarları reanimasiyaya istədiyi zaman girməsinə icazə verirdilər. Bəlkə də oğlunun, nəvələrinin, gəlininin ağrısını daşıyırdı, onların əzablarını gözlərinə köçürdüyü üçün reanimasiyanın qapısı üzünə maneəsiz açılırdı...
Gözünün yaşını sildi - o ümidlə ki, bəlkə oğlu bu dəfə gözlərini açıb anasını görər. 4 gündü süni nəfəs aparatına qoşulmuş Azərin yalnızca qolları sərbəst idi, bədəninin qalan yerlərinə müxtəlif cihazlar, şnurlar qoşulmuşdu, üz-gözü tanınmaz halda idi...
Ana hərəkətsiz uzanmış oğluna yaxınlaşdı. Hər gün yüz dəfə, min dəfə etdiyini yenə təkrarladı: əllərini, qollarını duz kimi yalamağa başladı. Ayaq barmaqlarının onunu da dönə-dönə bir-bir öpdü, "anan ölsün, Azər" - bəlkə də milyardıncı dəfə təkrarladı.
Yan tərəfdəki çarpayıya boylandı. Orda da Mədinə yatırdı - altı yaşlı dünya gözəli Mədiş, şirin-şəkər Mədiş. "Can, nənən sənə qurban" deyə pıçıldadı. Mədiş nənəsinin pıçıltısına boylandı, "nənə... nənə..." deyə zarıdı. "Can, nənən ölsün, nə istəyirsən, nə gətirim?"- nənənin dilinin əzbərinə dönmüş suallar ard-arda sıralandı. "Qarnım ağrıyır, nənə"...
Nənə (ana) sağa-sola boylandı ki, görsün həkim içəridədimi. Tibb bacısını çağırdı. O da şəfqətlə Mədişə yaxınlaşdı...sonra həkimi çağırmağa getdi. Mədiş gözlərini yumub sakitləşdi. Ana Azərə yaxınlaşdı, gözlərini qırpmadan oğlunun üzünə tamaşa etməyə başladı - beş dəqiqə, on dəqiqə... hələ də xatırlmır ki, oğlunun başının üstündə nə qədər dayanıb.
Əyildi ki, əllərindən öpsün. Bu an möcüzə baş verdi. Azər əllərinin ikisini də yuxarı qaldırdı, sanki kimi isə qucaqlayırmış kimi qollarını çarpazlayıb sinəsinə basdı. Ana diksindi, dönüb nəvəsinə tərəf baxdı, yaxınlaşıb üzündən öpdü... gec idi, Mədişin üzü soyuq idi...fəryad etdi - Mədiş getmişdi... Oğluna yaxınlaşdı. Azər də getmişdi - qızının ruhunu sinəsinə basaraq... Səhər saat altı idi...
...Beş gün əvvəl səhər saat altıda yüksək sürətlə gələn taksi dörd nəfərlik bir ailəni vurmuşdu. Onlar xalam qızının oğlu, gəlini və iki nəvəsi idi. İndi oğlu və qız nəvəsi torpağın altındadı. Gəlini və oğul nəvəsi ayaqlarından daş asılmış vəziyyətdə xəstəxanadadı...
Xalam qızı isə ruh kimi gəzir... aradabir öz-özünə pıçıldayır: "Mədinə ölməsəydi, Azər yaşayacaqdı"..."
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar