Nail Allahverdiyevin məhkəməsi başladı
Hadise
Oxunub: 441
24 noy 2017 | 12:52
Nail Allahverdiyevin məhkəməsi başladı














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda "Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses hazırda davam edir.
N.Allahverdiyev məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
"Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.
///Report
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı