Bakıda maşınlar hərəkətdə olarkən yol çökdü
Hadise
Oxunub: 471
3 okt 2017 | 14:31
Bakıda maşınlar hərəkətdə olarkən yol çökdü












İntensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.

Bu barədə AZXEBER.COM-a Azəravtoyol ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, dərhal əraziyə Azəravtoyol ASC-nin əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılıb.

Məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib.

Bəzi məlumatlarda guya bərpa işlərinin "Azəravtoyol" ASC tərəfindən aparılmalı olduğu, ancaq işlərin yubadıldığı qeyd olunur. Rəsmi olaraq bildirmək istəyirik ki, bu belə deyil.

Mövcud qanunvericiliyə əsasən yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Bunu normal şəkildə etməyə imkanı yoxdursa bu sahədə ixtisaslaşmış dövlət qurumu olan "Azəravtoyol" ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər. Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur.
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB