Xəzərin səviyyəsi 3 metrədək qalxacaq — Bəzi ərazilər su altında qala bilər
Hadise
Oxunub: 497
2 okt 2017 | 11:55
Xəzərin səviyyəsi 3 metrədək qalxacaq — Bəzi ərazilər su altında qala bilər













"Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3 metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır".

AZTB.info xəbər verir ki, bunu lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələrinin işartıları görünür, proses artıq başlayıb. Getdikcə güclü yağıntıların həm gücü, həm də başvermə tezliyi artacaq: "İndi güclü yağıntılar 10 ildən bir baş verirsə, gələcəkdə 5 ildən bir və ya daha tez-tez baş verə bilər. Yəni 2010-cu ildə 3 rayonu su basdısa, gələcəkdə 4-5 rayonu su basa bilər və s. Yağıntılar həm fəsillər, həm də ərazi üzrə qeyri-bərabər paylanacaq. İndiki qlobal iqlim yaralı vəhşi heyvana bənzəyir. Xəzərin su toplama hövzəsinin sahəsi təxminən 4 milyon kvadrat kilometrə qədər ərazini əhatə edir. Ən bərəkətli torpaqlar belə suyun altda qalanda məhsul vermə qabiliyyətini itirir, keyfiyyətsizləşir, rütubətlənir, şoranlaşır. Ölkəmizin ərazilərinin xeyli hissəsi buna məruz qala bilər".

İsa Əliyev qeyd edib ki, atmosferə buraxılan tullantıların azaldılması yönündə 2030-cu ilə qədər dünya ölkələri, o cümlədən, Azərbaycan öhdəliklər götürüb: "ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Hindistan, Çin, Rusiyaya baxanda, Azərbaycanın tullantıları çox cüzidir. ABŞ-ın yeni prezidenti Donald Tramp deyir, mən belə öhdəlik tanımıram, qəbul etmirəm. Baxmayaraq ki, Barak Obama razılıq vermişdi. Başda ABŞ olmaqla, dünyanın böyük dövlətləri iri miqdarda maliyyə vəsaitləri buraxsalar, bunun qarşısını nisbətən almaq mümkün olacaq. Ancaq indiki tendensiya göstərir ki, inkişaf etmiş ölkələr bu sahədə böyük maliyyə vəsaitləri ayırmaqda çətinlik çəkirlər. 2030-cu ilə qədər bu, artan xətt üzrə gedəcək. Bu məsələdə həm tarixi, həm də indiki məsuliyyəti daşıyan inkişaf etmiş dövlətlərin problemlərin həllinə etinasız yanaşması, problemin həllini daha da çətinləşdirir".
O, Xəzər dənizinin 1977-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını qeyd edib. "Bu zaman dövlətə 2 milyard ABŞ dollarından çox ziyan dəyib. Xəzər 2030-cu ilədək 1-1.5 metr qalxa bilər".

Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyasının 75 ilə quruya biləcəyi haqda məlumatlara gəlincə, İ. Əliyev Xəzər dənizinin qurumasının yox, artmasının gözlənilən olduğunu deyib: "Xəzərin səthindən buxarlanma böyük su sərfidir. Ancaq yağıntıların xarakteri dəyişib, ildə 2-3 dəfə güclü yağıntı düşəndə balans pozulacaq. Gələn su buxarlanmadan artıq olacaq, Xəzərin səviyyəsi qalxacaq. Aral dənizi qurudu deyə, elə deyirlər. Aral suyunu Sırdərya və Amudərya çaylarından alırdı. Bu çaylardan böyük pambıq plantasiyalarının suvarılmasında, böyük su kanallarında istifadə olundu. Qalan su da buxarlandı".

Qeyd edək ki, Rusiya mediasında amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialı dərc edilmişdi. "Geophysical Research Letters" jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə, bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik