Ağac avtomobili ikiyə böldü
Hadise
Oxunub: 1 360
31 dek 2014 | 18:11
Ağac avtomobili ikiyə böldüAzərbaycanda baş vermiş hadisədə minik avtomobili idarəetmədən çıxıb

Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 31-də saat 12.00 radələrində Ələt-Astara magistralının rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini, 1992-ci il təvəllüdlü Emil İbadovun idarə etdiyi "VAZ-2106" markalı, 07-BF-619 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə yolun kənarındakı ağaca, daha sonra isə yolun kənarında dayanmış, Astara rayonu Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü İlqar Əhmədova məxsus "QAZel" markalı, 07-BE-825 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
Zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil iki yerə bölünüb.
Avtomobilin sürücüsü sağ baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona burada müvafiq ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Qəza zamanı "QAZel" markalı maşına da ciddi ziyan dəyib.

İlkin versiya kimi, hadisənin "VAZ-2106" markalı minik avtomobilinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Dəqiq səbəblər isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib