Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi — sonra
Hadise
Oxunub: 975
12 sen 2017 | 00:59
Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi — sonra












Bakıdakı evində yeniyetmə qızları kişilərlə sevişməyə məcbur etdi — sonra Dubaya apardı və...

Azərbaycanlı qadınları Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Umu Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Umu Quliyeva 2005-ci ildən qadın alverilə məşğul olmağa başlayıb. Onun ilk məhkumluğu 2007-ci ildə olub.

Qızların fahişəliyə cəlb edilməsi

Həmin ittihamda göstərilib ki, Umu Quliyeva yetkinlik yaşına çatmayan qızıları Nərimanov rayonunda kirayələdiyi evə gətirib və onları kişi müştəriləri ilə görüşdürüb.
Həmin il Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə mühakimə olunub və Nərimanov rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Umunun qadın "biznesi"

Umu Quliyeva həmin il həbsxanada cəmi 4 ay cəza çəkib. O, həmin il verilən "Amnistiya Aktı"na əsasən cəzadan azad olunub. Həbsxanadan çıxan Umu Quliyeva yaşadığı Sumqayıt şəhərinə gəlib. O, bu dəfə qadın alveri "biznesi"ni genişlənidirib və Azərbaycan hüdudlarından kənara çıxıb.

Parkda qadın "ovu"

Umu Quliyeva Sumqayıt şəhərində istintaqa ad və soyadı məlum olmayan "Sevda" adlı qadınla cinayət əlaqəsinə girərək, 2010-cu ildən azərbaycanlı qadınları Birələşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub.
Belə ki, o, Səkinə Abdullazadə və İntizar Abbaslının sifarişi ilə Sumqayıt şəhərində qadın "ovu"na çıxıb. O, şəhər ərazisində tanış olduğu Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) tanış olub.

Vəd olunan iş

Parkda tanış olduğu Samirə ilə Dubay şəhərində işləməyi təklif edib. O, Samirəni bu şəhərdə restoranlardan birinə xidmətçi düzəldəcəyini vəd edib. Sonra onunla razılığa gəlib və Samirənin sənədlərini götürüb.

Növbəti gün Umu Quliyeva Samirə ilə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində görüşüb. Birlikdə hava limanına gediblər.

"Kişi müştəriləri ilə görüşməlisən"

Daha sonra Umu Quliyeva dəstə üzvləri Səkinə Abdullazadə və İntizar Abbaslı vasitəsilə Samirəni Dubay şəhərinə yollayıb. Orada Samirə vəd olunan işlə təmin olunmadığını görüb.

Sevda adlı qadın Samirəni yaşadığı evə aparıb. O, evdə Samirənin sənədlərini əlindən alıb və kişi müştərilərilə görüşməsini tələb edib.

Əvvəlcə Samirə onun təklifilə razılaşmayıb. Ancaq Sevda ondan kişi müştərilərilə görüşməsini tələb edib. Məcbur qalan Samirə kişi müştərilərilə müxtəlif ünvanlarda görüşərək onlarla cinsi əlaqədə olub.

9 il cəza

Umu Quliyeva Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham edilib.

Cinayət işində adı keçən digər şəxslərin ii isə ayrıca icraata götürülüb. Umu Quliyevanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb. Məhkəmənin hökmü ilə Umu Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Qadın alverçisinə sərt cəza

Hökmdən narazı qalan Umu Quliyeva apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəza növünün təyin edilməsini xahiş edib. Həmçinin prokurorluqda apelyasiya protesti verərək, Umu Quliyevanın cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini tələb edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə baş tutan prosesdə Umu Quliyevanın apelyasiya şikayəti təmin edilməyib. Məhkəmə prokurorluğun protestini təmin edib və onun cəzasını ciddi rejimli cəza çəkmə müəssiəsində çəkməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan Umu Quliyeva kasasiya şikayətilə Ali Məhkəməyə müraciət edib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə Umu Quliyevanın şikayəti təmin olunmayıb. (publika.az)
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh