Ermənilər cəbhəyə əlavə qüvvə topladı - Müharibəyə hazır olsun
Hadise
Oxunub: 726
29 avq 2017 | 13:19
Ermənilər cəbhəyə əlavə qüvvə topladı - Müharibəyə hazır olsun















Ermənilər cəbhəyə əlavə qüvvə toplayır: müharibə ehtimalı artır (ŞƏRH)

Sosial şəbəkələrdə Ermənistan silah qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda, cəbhənin mərkəzində əlavə qüvvələrlə güclənməsinin müşahidə edildiyinə dair qeyri-rəsmi məlumatlar yer alır.

Bəziləri hesab edir ki, ötən ilin aprel döyüşlərinin qisasını almağa çalışan ermənilər Azərbaycan ordusunun mövqelərinə hücum əməliyyatlarına hazırlaşır. Havaların getdikcə nisbətən sərinləşməsi isə buna əlverişli şərait yaradır.

Məsələ ilə bağlı vəziyyəti milli.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilərin həmişə cəbhədə nəinki bir, bir neçə istiqamət üzrə hücuma keçmə ehtimalı var:

"Əgər ermənilər bilsə ki, Azərbaycan ordusunun hansısa yeri, yaxud cəbhədə hansısa istiqamətdə zəifdir, onlar bundan dərhal istifadə edəcəklər. Ona görə də müdafiə naziri general-polkovnik Zəkir Həsənov başda olmaqla nazirliyin rəhbərliyi cəbhə bölgəsində daim lazımi tədbirlər görür, yerlərdə vəziyyəti öyrənirlər. Ermənilərin cəmləşməsi də tam nəzarət altındadır. Təbii ki, bununla əlaqədar lazımi əks tədbirlər görülür. Hamı bilməlidir ki, müharibə qurtarmayıb, davam edir".

Polkovnik Ş.Ramaldanov qeyd edib ki, ermənilərin daim kəşfiyyat apardığı, cəbhədə boşluqlar, zəif yerlər axtardığı Azərbaycan tərəfinə məlumdur: "Onlar təhlil aparıb görürlər ki, Azərbaycan ordusuna qarşı hansısa əməliyyatlarla məqsədlərinə asanlıqla nail ola bilməyəcəklər. Əgər bu gün ermənilər sakit durublarsa, bu yalnız məhz Azərbaycan Silahlı Qüvvələrinin gücünün, əsgərimizin mərdliyi və qəhrəmanlığının hesabına mümkün olub. Əgər onlar bilsələr ki, Azərbaycan ordusuna qarşı filan istiqamətdə bir gün də olsa hansısa uğur qazana bilərlər, dərhal bundan istifadə edərlər. Ona görə bu gün Azərbaycan ordusunun zabit və əsgərləri öz vəzifələrini layiqincə yerinə yetirərək çox çətin və gərgin şəraitdə xidmət edirlər.

Havaya gəlincə, həmin istiqamətdə ilin fəslindən asılı olmayaraq, o, döyüş əməliyyatlarına elə də böyük təsir göstərmir. Əksinə, biz hücum əməliyyatları üçün havanı daha çox nəzərə almalıyıq. Çünki ora dağlıq ərazidir. Dağlarda isə üzü yuxarı istiqamətdə istənilən havada hücum əməliyyatı həyata keçirmək olmur".

Veteran hərbçi hesab edir ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivləşdiyi dövrdə yeni təxribatların olması gözləniləndir: "Ermənilər yenə də cəbhədə güclü təxribat törətməklə Azərbaycanı adekvat addımlar atmağa vadar etmək istəyir. Çünki beynəlxalq qurumlar, eləcə də Rusiya, Amerika Qarabağ məsələsi ilə bağlı müəyyən qədər fəallaşıblar. Belə bir dövrdə cəbhə bölgəsində ermənilər tərəfindən hər hansı təxribatın törədilməsi gözləniləndir. Onları hələlik yalnız Azərbaycan ordusunun gücü, silahı yerində durmağa, bundan çəkinməyə məcbur edir".
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil