“Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi” - Yevlaxda dəhşətli qətl
Hadise
Oxunub: 524
23 avq 2017 | 17:56
“Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi” - Yevlaxda dəhşətli qətl














Ərini öldürməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

X.Abdullayeva ötən ilin mayın 26-da evdə əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. A.Abdullayev mayın 29-da xəstəxanada vəfat edib.

"Ərimi qıcıqlandırmamağa çalışmışam"

Xatirəyə Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən X.Abdullayeva özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Ağasəflə 2007-ci ilin dekabr ayında ailə həyatı qurub, ancaq övladları olmayıb:

"Ağasəfin əsəbləri pozuq olduğundan həmişə qayğısına qalmışam. Övladımız olmadığından daim müalicə almışıq. Hətta İrana da gedərək Ağasəfin əsəbləri üçün müalicə götürmüşük. Ağasəf çox əsəbi olub. Buna görə də onu qıcıqlandırmamağa çalışmışam".

"Ərim heyvana da söyürdü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən 2-3 gün əvvəl Ağasəfin halı özündə olmayıb, əsəbləri pozulub, hər şeyə əsəbləşib və deyinib:

"O, hər gördüyü əşyaya, heyvana da söyürdü. Mayın 25-də, saat 22:00-da Ağasəflə televizora baxdıq. Həmin vaxt çarpayıda uzınıqlı vəziyyətdə olduğum üçün yuxuya getdim. Ağasəfin yanımda və ya digər otaqda yatmağını bilməmişəm".

"Yataqda da süpürləşmişik"

Xatirə bildirib ki, mayın 26-da, saat 04:30-da yatağında olan zaman qəflətən sinəsinə ağırlıq çöküb:

"Yuxudan oyananda bir kişinin məni boğduğunu hiss etdim. "Aska" deyə çağıranda qəflətən sifətimin sağ tərəfinə yumruq dəydi. Dərhal özümü müdafiə etməyə başladım, əlimi onun sifətinə vuranda, həmin şəxsin üzü tüklü olmasını hiss etdim. Həmin şəxsi özümdən kənara itələyəndə, sol qolumun bilək hissəsini həmin şəxs dişlədi və onun başını çarpayının yaxınlığındakı tumbanın tininə vurdum. Həmin şəxs boğazımdan tutaraq məni boğduğuna görə fəal müdafiə olunmuşam, süpürləşən zaman həmin şəxs sol əlimin orta barmağını dişlədi. Onun ağzının üstünə yumruqla vuraraq barmağımı çıxartdım. Sonra isə onunla yerdə süpürləşdik, dalaşan zaman onun başını çarpayının tininə vurmuşam. Amma həmin şəxs məndən əl çəkməyib, yataqda da süpürləşmişik".

"Ağasəfin harada olduğunu bilməmişəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, aralarındakı dava 10-15 dəqiqə çəkib:

"Həmin otaqda ikimizdən başqa heç kim olmayıb. Həmin şəxslə ancaq yataq otağındakı çarpayıda süpürləşmişik. Başqa heç bir otağa getməmişik. Həmin vaxt Ağasəfin harada olduğunu bilməmişəm. Həmin şəxslə süpürləşərək çarpayının qarşı tərəfinə düşdüm. Bu zaman huşum getdi, alatoranlıq gördüm ki, həmin şəxs evdən çıxdı. Ayılanda divardan tuta-tuta çölə çıxdım. Orada çöl qapının açıq olduğunu gördüm. Qonşu Gülər xalanı çağırdım, ona kiminsə evimizə girib, məni və həyat yoldaşımı döydüyünü dedim".

X.Abdullayeva ibtidai istintaq zamanı qətli törətməsini etiraf etməsi ilə bağlı ifadəsini təzyiq altında verdiyi deyib:

"Gülərə "xala, Ağasəf məni öldürürdü, məni yeyirdi, köməyə gəlin!" deməmişəm. Məni boğan, xəsarət yetirən şəxs kənar şəxs olub. Həmin şəxsi tanımıram. Həmin şəxsi qaranlıq olduğundan və eynəyim gözümdə olmadığından tanıya bilməmişəm".

Məhkəmənin hökmü ilə X.Abdullayeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalıb, apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çxıarılmasını istəyib.

Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə daha ağır cəzanın verilməsini istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İmanverdi Şükürovun sədrliyilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib. /publika.az
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik