Bakıda cinsi azlıqlar sürücüyə hücum etdi: “Pulumuz qurtarmışdı”
Hadise
Oxunub: 435
21 avq 2017 | 12:17
Bakıda cinsi azlıqlar sürücüyə hücum etdi: “Pulumuz qurtarmışdı”














"Adım Nurlandır, amma dostlarım məni "Pərvanə" deyə çağırır"

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan dörd nəfərdən ibarət dəstə üzvləri - 27 yaşlı Nurlan Hacımayılzadə, 21 yaşlı Adəm Lətifov, 20 yaşlı Saleh Sadıxov və 20 yaşlı Taleh Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Əlövsət Abbasov sədrlik edib. İstintaqla müəyyən edilib ki, Nurlan Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.
Dəstə üzvləri Adəm Lətifov, Saleh Sadıqov və Taleh Mirzəyev Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrində sürücü Tariel Məmmədovun idarə etdiyi "Şaqman" markalı yük avtomobilini saxladıqdan sonra yerə düşməsini görüb, əvvəlcədən razılaşdıqları kimi, onun üstünə hücum çəkərək qarın nahiyəsinə və sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.

"Pulumuz qurtarmışdı, müştəri isə yox idi"

Əvvəllər xuliqanlıq törətdiyinə görə 1 il müddətinə islah işləri cəzasına məhkum edilən cinsi azlığın nümayəndəsi - "Aygün" ləqəbi ilə çağırılan Adəm Lətifov ifadəsində təqsirləndirilən şəxslərin onun dostları olduğunu, çox vaxt Sahil qəsəbəsi yaxınlığında, yolun kənarında dayanıb müştəri gözlədiklərin deyib:
"Magistral yolun kənarında dayanırdıq, arabir yük avtomobillərinin sürücüləri maşını saxlayıb bizimlə yaxınlıq edirdilər. Hər müştəridən 10-15 manat pul qazanırdıq. Bir həftəyə yaxın idi ki, pulumuz qurtarmışdı. Bizimlə yaxınlıq etmək istəyən də yox idi. Ona görə də, belə qərara gəldik ki, tək olan sürücülərə yaxınlaşıb onların pullarını oğyrlayıb qaçaq. İlk dəfə idi ki, belə bir iş görmək fikrinə düşmüşdüm".
Bu məqsədlə "rəfiqələr" gecə saatlarında Bakı-Qazax yolunun kənarına gəliblər. "Aygün"lə rəfiqəsi "Banu" (Taleh Mirzəyev) yola yaxın məsafədə, "Hulya" (Saleh Sadıqov) ilə "Pərvanə" (Nurlan Hacımayılzadə) isə onlardan bir qədər kənarda dayanıblar. Aralarındakı razılaşmaya əsasən, "Banu" sürücüyə yaxınlaşmalı, kənardan kimsə gəldiyi halda "Hulya" ilə "Pərvanə" xəbər verməli imiş. Təxminən 10-15 dəqiqə sonra "rəfiqələr"in durduğu yerin yaxınlığında yük maşını dayanır: "Sürücü maşından düşüb ayaqyoluna getdi. Ona iradımı bildirdikdə məni söydü. Mən də təpiklə qarnından vurdum. Bu zaman "Banu" sürücünün cibindəki pulları çıxarıb öz cibinə qoydu. Sürücü pulları tələb etdikdə "Hulya"gilə dedim ki, ona daş atsınlar. Bunu görub sürücü maşına sarı getdi. Oradan taksiyə minib Xocahəsən yoluna gəlib müştəri gözlədik. Pulları aramızda bölüşdürdük".

"Arada narkotikdən istifadə edirəm"

Təqsirləndirilən "Pərvanə" ləqəbli Nurlan Hacımayılzadə oxşar məzmunlu ifadə verib: "Adım Nurlandır, amma dostlarım məni "Pərvanə" deyə çağırır. Hadisə baş verən gün "Aygün" sürücüyə iradını bildirdi, maşını niyə yolun kənarında saxladığını soruşdu. Aralarında dava düşdü, "Aygün" sürücünü təpiklə qarnından vurdu. "Banu" sürücünün cibindən pulunu götürdü. Sürücü bizə tərəf gəlib pulunu geri istəyəndə "Hulya" ilə mən yerdən daş parçaları götürüb ona tərəf atdıq. Daş parçalarının bir neçəsi maşına dəydi. Sürücü bundan sonra bizdən aralanıb maşına tərəf getdi".
"Pərvanə" ifadəsində arada narkotik vasitələrdən istifadə etdiyini bildirib: "Hadisədən bir müddət əvvəl "Papanin" adlanan ərazidə tanımadığım şəxsdən 40 manata 2 kibrit qutusu marixuana almışdım. Ertəsi gün polis əməkdaşları məni saxlayaraq polis bölməsinə apardılar. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi və narkotik vasitı aşkar olunaraq götürüldü".
Təqsirləndirilən şəxs qismində dindirilən "Banu" ləqəbli Taleh Mirzəyev və " Hulya" ləqəbli Saleh Sadıqov da anoloji ifadə veriblər.

Qazancı daşdan çıxan sürücü

Zərərçəkmiş şəxs qismində dindirilən Tariel Məmmədov ifadəsində etibarnamə əsasında idarə etdiyi "Chaqman" markalı yük avtomaşını ilə daş karxanalarından mişar daşı yükləyib Gədəbəy rayonuna apardığını, mişar daşlarını satmaqla ailəsini dolandırdığını deyib: "Hadisə baş verən gün Qaradağ rayonuna mişar daşı almaq üçün gəlmişdim. Axşam saatlarında ayaqyoluna getmək üçün avtomobili yolun kənarında saxladım. Elə bu vaxt qız simasında bir nəfər yaxınlaşıb məni təhqir etdi ki, yolun kənarına ayaqyoluna getmək olmaz. Mən də onu söydüm. Danışığından qarşımdakı şəxsin qadın olmadığını hiss etdim. Amma onu qadından ayırmaq mümkün deyildi. Bu vaxt qəflətən mənə qarnımdan təpik vurdu. Mən maşına söykənəndə sifətimə yumruqla vurdu, özümü itirdim. Onun yanında dayanan o birisi tayı cibimdən pullarımı çıxardı və qaçdı. Onların arxasınca gedəndə daha iki nəfər yolun kənarında dayanmış şəxs mənə sarı daş atmağa başladılar. Daş mənə dəyməsə də, maşına dəydi. Onlara yaxınlaşmağın mümkün olmadığını görüb, 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat verdim. Hadisə yerinə polis əməkdaşları gəldi".
Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

virtualaz.org
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh