500 manata işləyən xalq artisti, 1000 manata "yox" deyən Pərvin, Şahinin Səbinəsi, hüquqşünas Röya - HƏFTƏBECƏR
Hadise
Oxunub: 594
21 avq 2017 | 10:22
500 manata işləyən xalq artisti, 1000 manata "yox" deyən Pərvin, Şahinin Səbinəsi, hüquqşünas Röya - HƏFTƏBECƏR














Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (137-ci say) təqdim edir.

Deyəsən ötən həftə şərhlərin əsas müzakirə mövzusu yeni fotom olub. Etiraf edim ki, yazılan şərhlər "Həftəbecər"dən də maraqlı idi. Sizi təriflədim, indi də keçək mövzulara...

500 manata işləyən xalq artisti, 1000 manata "yox" deyən Pərvin, Şahinin Səbinəsi, hüquqşünas Röya - HƏFTƏBECƏR


Akademik Milli Dram Teatrında ən yüksək maaş səhv etmirəmsə, 500 manatdır. Yəni, bu pula ömrünün 30-40 ilini sənətə həsr etmiş sənətkarlar bir ay ərzində çalışırlar. Məşqlər, tamaşalar, öz təbirlərincə desək, səhnənin tozu və sair. Amma bildiyim qədərilə ixtisasca iqtisadçı olan həvəskar aktrisa Pərvin Abiyeva min manata seriallara çəkilməkdən imtina edir:

"Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər. Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".

Hələ Pərvin həvəskar aktrisaların nisbətən insaflılarındandır ha. Gününə min manat tələb edənlər də var. Əgər Pərvin üç min manata azdır deyirsə, onda Həmidə Ömərova, Xalidə Quliyeva, Firəngiz Mütəllimovanın qonorarı nə qədər olmalıdır?

Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadənin bir açıqlaması neçə gündür müzakirə mövzusudur. Doğrusu, bu mövzuya qayıtmaq istəməzdim. Heç Səbinə xanımın dəqiq belə bir açıqlama verib-vermədiyini də iddia edə bilmərəm. Ancaq onun dilindən yazılanlar bunlardır:

"Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, ərə getməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O, çox qısqanc idi, zarafatca "Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq" deyərdim, o isə susardı".

Əgər Səbinə xanım belə bir açıqlama veribsə, yalnız təəssüflənə bilərəm. Çünki Şahinin hələ heç ili də çıxmayıb. Həm də bu kimi şeylərin açıqlamaya filana ehtiyacı yoxdur. Yox, əgər bu açıqlamanı kimsə Səbinə xanımın adından yazıbsa, o adam çox güman ki vicdanını abort elətdirib.

Bu həftə daha bir sənət adamının ölüm xəbəri yayıldı. Daha doğrusu, yaydılar. Təbii ki, "jurnalistlər". Ancaq sonradan məlum oldu ki, sənətçi sağdır. Elə bu xəbəri yayan adamın da vicdanı yuxarıda qeyd etdiyim xəbəri yazanın (əgər yalan yazıbsa) vicdanı kimidir. Yəni aborta məruz qalıb.

Müğənni Röyanın əsl peşəsi hüquqşünas imiş. Özü də 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Söhbətə bax ha. Beynəlxalq hüquq fakültəsi. Bilməmiş olmazsınız ki, bu fakültə BDU-nun ən prestijli, eyni zamanda yüksək bal tələb olunan fakültələrindəndir. Məsələn, 13 il əvvəl minimum 600 bal yığmalıydın ki, bu fakültədə tələbə ola biləsən. Sənətçini bu fakültəyə kim hansı "üsulla" dürtüşdürə bilibsə, sağ olsun. Baxmayın da, birdən sabah beynəlxalq hüququ bilən mütəxəssisə ehtiyacımız olar. Gerçəkdən də, adam nə deyəcəyini bilmir e. Zalım balası, bunu dürtüşdürürsən, heç olmasa kitabxanaçılıq kimi nisbətən aşağı balı olan fakültələrə dürtüşdür də.

Mərhum xalq artisti İlhamə Quliyevanın 74 yaşı tamam oldu. Səssiz-səmirsiz... Demək olar ki, nə efilərdə yada düşdü, nə mətbuat orqanlarında. Sadəcə, ötəri xəbərlərdən başqa heç nə gözə dəymədi. Əslində, bu durum həyatı əbədi bilənlər üçün dərsdir. Yəni, sağlığında Azərbaycanın az qala şou-biznes naziri kimi təqdim edilən, onlarla sənətçinin qarşısında təzim etdiyi İlhamənin doğum günü heç kimin yadına düşmədi.
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI