Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi – Həkimlər iynə vurmadığı üçün öldü – FOTO
Hadise
Oxunub: 647
19 avq 2017 | 20:00
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi – Həkimlər iynə vurmadığı üçün öldü – FOTO












Gənc şair Elçin Aslangil öz Facebook hesabında ürək dağlayan paylaşma edib. Şairin həyat yoldaşı həkim məsuliyyətsizliyinin qurbanı olub.

Metbuat.az şairin ürəkdağlayan paylaşmasını olduğu kimi təqdim edir:

“Quduz it (həkimlər) 5 yaşlı uşağı öldürüb! Bu hadisə başıma gələnləri xatırlatdı. Lənət!…

2010 -cu ildə, həyat yoldaşım Dilbəri it dişlədi, öz həyətlərinin iti.

1 ildən bir qədər çox idi ki, evli idik. Atası bizi qonaq çağırdı. Kəndə, Dilbərin ata evinə qonaq getdik. Bir gecə orda qalası olduq və səhərisi gün, həmin hadisə baş verdi. İt, Dilbərin qolunu dişlədi.

Cəmi 20 dəqiqə sonra Dilbəri Ucar rayon mərkəzi xəstəxanasına çatdırdım.

Xəstəxanaya yeni baş həkim təyin edilmişdi və köhnə baş həkimin tərəfdarları ilə yeni baş həkim arasında “soyuq müharibə” gedirdi.

Xəstəxanaya çatan kimi, Dilbəri cərrahiyyə şöbəsinə götürdüm. (quduzluğa qarşı iynə həmin şöbədə vurulurdu. Niyə infeksiya şöbəsində vurulmurdu? Bilmirəm.) Cərrahiyə şöbəsinin baş tibb bacısı, mənə kinayəli bir şəkildə dedi:

“Antibiotiklər yeni baş həkimdədi. Get, ondan icazə al, vuraq!” (Vicdansızlığa bax! Şərəfsizlər!)

Baş həkim Zeynalovun yanına getdim. O da, problem yoxdur, niyə vurmurlar? – dedi.

Bir xeyli çək-çevirdən sonra iynə vuruldu. Fəqət, Dilbərə bir iynə vuruldu. Bildiyim qədəri ilə belə olmamalıdır. Tetanus iynəsi vurulmamışdı və elə həmin gün Dilbər ambulator müalicəyə, evə buraxıldı. Üç gün sonra İnfeksiya şöbəsinin baş həkimi evə xəstəxana işçisini göndərərək, xəstənin xəstəxanaya gətirilməsini istədi, apardım. Həkim dedi ki, xəstəyə tetanus iynəsi vurulmayıb və ümumiyyətlə, antibiotik iynələrin də vurulmasından şübhəliyəm.

Beləcə bizim məlamətli günlər başladı. Ağır müalicə, ard-arda antibiotiklər, ittutma hadisəsindən bir həftə sonra, düşmək bilməyən qızdırma. Daha sonra sayıqlamalar və sairə… Nəticədə həkim səhlənkarlığı üzündən, hadisədən 24 gün sonra 2010-cu il avqustun 8 -də həyat yoldaşım Dilbər, faciəvi şəkildə, Musa Nağıyev adına xəstəxanada öldü, iyirmi iki yaşında, mavi gözlü Dilbərim.. Lənətə gələsiniz!”
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi – Həkimlər iynə vurmadığı üçün öldü – FOTO
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi