Azərbaycanda vəzifəli şəxs itkin düşüb: polis axtarır
Hadise
Oxunub: 508
15 avq 2017 | 09:51
Azərbaycanda vəzifəli şəxs itkin düşüb: polis axtarır














“Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb.

“Yeni Müsavat”ın yazdığına görə, 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.

“Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov deyib ki, Ə.Əhmədov onun yaxınlarının iddia etdiyi kimi avqustun 4-də işə getməyib. R.Məmmədov Ə.Əhmədovun itkin düşməsi ilə bağlı bunları bildirib: “Avqustun 4-də Əmirsoltan kənddə olub, amma işə gəlməyib. O çox yaxşı kişi idi. Onun evində nəsə problemləri vardı. Hüquq mühafizə orqanları onu 7 gündür ki, axtarırlar. O bizdə gözətçi kimi işə götürülüb, mühasib kimi kömək edirdi. Bizdə ümumiyətlə mühasib ştatı yoxdur. O, saymağa, yazmağa kömək edirdi. Bizim hesabımız yoxdur ki, mühasibimiz də olsun. Biz camaata əkin-biçinlə bağlı kömək edirik, texnika veririk. Onun qızının toyu olmalı idi, görünür nəsə problem olub”.

Ə.Əhmədovun qardaşı Famil Əhmədov isə qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini deyib: “Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib.

İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb.

Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...