“Çox vaxt bilmirik ki, sürücü kimin oğludur” - Kamran Əliyev məmur övladlarından danışdı
Hadise
Oxunub: 422
9 avq 2017 | 21:57
“Çox vaxt bilmirik ki, sürücü kimin oğludur” - Kamran Əliyev məmur övladlarından danışdı












Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza ölkədə böyük rezonansa səbəb oldu

Bu qəza məmurların, yüksək vəzifəli şəxslərin övladları və ya qohumları tərəfindən törədilən qəzalar və onların qurbanlarının media tərəfindən yenidən işıqlandırılmasına əsas verdi. Dəfərlərlə xəbərdarlıq edilməsinə və haqlarında sərt tədbirlər görüləsinə baxmayaraq, analoji hallar azı hər il təkrarlanır.

Son hadisədən sonra adları "qara siyahı”ya düşən digər "avtoş” məmur övladlarına qarşı hər hansı qabaqlayıcı tədbirlərin görülüb-görülməyəcəyi ilə maraqlandıq. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yol polisi əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Sərxoş sürücülərin aşkarlanmasında, kobud qayda pozuntusuna yol verən sürücülərin qarşısını almaq istiqamətində tədbirlər görülür:

"Nə qədər ki, nəqliyyat vasitələri, hərəkət var, nə qədər ki, intizamsız sürücülərimiz var, sözsüz ki, belə hadisələrə rast gələcəyik. Amma düşünürük ki, digər sürücülər də, ən çox da yüksək sürət həvəsində olanlar belə gözlənilməyən qəzalardan nəticələr çıxaracaqlar. Yəni fikirləşmək lazım deyil ki, mən təcrübəli sürücüyəm heç vaxt qəza törətməyəcəm. Qayda pozulursa qəza qaçınılmaz olur. Bunu hər kəs nəzərə almalıdır.

Hər halda hamı görür ki, elə sürücülər haqda hansı tədbirlər görülür. Hətta məmur övladlarını himayə edənlər, valideynləri haqda da hansı tədbirlər görülür. Belə xoşgəməz hallardan, insan ölümü ilə nəticələnən qəzalardan bir nəticə çıxarmalıdırlar. Axı, hər kəsə bir-bir deyə bilmərik. Konkret kiminsə qapısını döyüb deyə bilmərik ki, filankəs sən bu hadisədən nəticə çıxarmısan ya yox. Lap məmur övladı da olsa, qayda-qanuna ciddi riayət edirsə, indi nə vaxtsa bir inzibati xəta törədibsə, qayda pozuntusuna yol veribsə bununla bağlı nə demək olar. Qayda pozuntusuna hər bir sürücü yol verə bilər. Hər halda bilmədən bir qayda pozuntusuna yol veribsə bunu ictimailəşdirib qınaq obyektinə çəkməyin özü də düzgün olmaz.

- Nail Allahverdiyevin dəfələrlə yol hərəkəti qaydalarını pozması və bununla bağlı xəbərdarlıqlar almasına dair xəbərlər var. Ola bilər ki, yol polisinin yüksək vəzifəlilərin övladlarına və ya yaxınlarına qarşı tutduğu "yumşaq", güzəştli mövqe onlarda cəzalandırılmayacaqlarına dair müəyyən "rahatlıq" yaratmış olsun?

-Hər kəsin törətdiyi xətaya görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub. Fərqi yoxdur bu kimin tərəfindən törədilir. Sürücünün hansısa statusunun olub-olmamasından asılı olmayaraq qayda pozuntusu eyni qayda pozuntusu və məsuliyyət də əsas etibarilə eynidir. Nail Allahverdiyevin hər dəfə inzibati xətalardan yayındığını demək düzgün olmaz. Əgər onun haqqında protokol olubsa, protokola uyğun həmin şəxs inzibati məsuliyyət daşıyıb. Mən dəqiq bilmirəm həmin sürücü il ərzində nə qədər xəta törədib. O, inzibati xətaların özündən bir nəticə çıxarmalı idi.

- "Avtoş”luq edən vəzifəli şəxslərin yaxınları ilə bağlı müəyyən siyahınız varmı? Heç dəfələrlə yol-hərəkəti qaydalarını pozan və xəbərdarlıq alan məmur övladları ilə bağlı ailələrinə müraciətlər edilibmi?

-Konkret məmur övladları üçün xüsusi məlumat hazırlamamışıq. Amma ümumilikdə hərəkət iştirakçıları üçün zaman- zaman məlumatlar, müəyyən mövzularda məlumat müraciətlər hazırlayırıq. Məsəl var, görünən dağa nə bələdçi. Konkret fakt görünür, bununla bağlı təkrar müraciətə nə ehtiyac var. Hər kəs görür ki, kim hansı qəzanı törədib və hansı cəzanı alıb. Bu kifayət etmirmi? Biz çox vaxt bilmirik ki, sürücü kimin oğludur”.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil