ŞOK: Həbs olunan Əli Həsənovun nəvəsi yoxa çıxıb? - Yalnız ailəsi və vəkili bilir...
Hadise
Oxunub: 713
9 avq 2017 | 12:28
ŞOK: Həbs olunan Əli Həsənovun nəvəsi yoxa çıxıb? - Yalnız ailəsi və vəkili bilir...














Qeyd etdiyimiz kimi avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.

Nail Elman oğlu Allahverdiyevin Bakı İstintaq Təcridxanasında saxlanılması haqda məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Metbuat.az-a verilən açıqlamada məhkumun saxlanma yeri haqda yayılan söhbətlərə aydınlıq gətirilib:

“Əli Həsənovun nəvəsinin Bakı İstintaq Təcridxanasında saxlanılması haqda deyilənlər həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 16-cı maddəsinə əsasən, cəzanı icra edən orqana təqsirləndirilən şəxsin daxil olduğu cəzaçəkmə müəssisəsi, onun ora nə vaxt gəlməsi, harada saxlanması barədə məlumat vermək qanunla qadağan edilib. Bu təqsirləndirilən şəxsin birbaşa hüququdur. Qanun təqsirləndirilən şəxs (məhkumun) hüququnu müdafiə edərək cəzanı icra edən orqanı bu hüquqlardan məhrum edir. Məlumat yalnız vəkillər və ailə üzvlərində olur. Ancaq onlar tərəfindən məhkumun saxlanma yeri açıqlandıqdan sonra ictimaiyyətə bu haqda məlumat verilə bilər”.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil