Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...
Hadise
Oxunub: 569
6 avq 2017 | 18:07
Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...














Deputat: “Uşaqlara qarşı zorakılıq edən əclaflar sərt cəzalandırılmalıdır...”

Pedofiliya (uşaqbazlıq) - müasir cəmiyyətin qlobal problemidir və o, gündən-günə daha ciddi xarakter almaqdadır. Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq halları barədə rəsmi statistika olmasa da, kriminal cinayətlərin hesabatı göstərir ki, artıq uşaqbazlıq ölkəmiz üçün heç də nadir rast gəlinən cinayət deyil.

Bu məsələdə ləngimənin mümkün olmadığı açıq-aşkar göründüyündən Milli Məclisdə pedofiliya ilə mübarizə aparmaq üçün qanunvericilikdə dəyişikliklərə başlamaq haqda qərar verilib. Təklif olunan tədbirlər arasında kastrasiyanın(axtalanma) da tətbiqi nəzərdə tutulub.

Bu barədə deputat Fazil Mustafa bildirib:

”Təəssüf ki, son vaxtlar, ölkəmizdə uşaqlar üzərində zorakılıq halları daha tez-tez baş verir. Odur ki, bu cinayətə görə cəzaları sərtləşdirmək lazımdır. Mən qanunverici təşəbbüslər paketi ilə çıxış etmək niyyətindəyəm. Təkliflərim arasında azyaşlılara qarşı cinsi zorakılıq törədən şəxslərə qarşı kimyəvi kastrasiya cəzasının tətbiqi də nəzərdə tutulub. Artıq uşaqlara qarşı törətdikləri alçaqlıqlara görə pedofillər, bəkarət pozucuları və digər əclaflar qanun qarşısında sərt şəkildə cavab verməlidirlər”.

Son vaxtlar uşaqlara qarşı zorakılıq və ölümlə nəticələnən cinayətlərAzərbaycanı sarsıtmaqdadır.Bir neçə gün öncə belə bir iyrənc əməl Naxçıvanda törədilib. Ordudan yeni tərxis olunmuş 23 yaşlı oğlan sərxoş halda 4 yaşlı qız uşağına təcavüz edib.Qəzəblənmişhəmkəndliləri onu tutub döyərək cinsiyyət orqanlarını şikəst hala salıblar. Lakin belə linç- özündən məhkəmə aktları problemi, çətin ki, həll etsin.

Bundan cəmi bir neçə gün sonra isə Bakıda polis kapitanı Tahir Tahirli 8 yaşlı uşağı pedofilin əlindən zorla alıb.

Bu şərlə mübarizənin gücləndirilməsi üçün, bizim qanunvericilər xarici təcrübədən də istifadə edə bilərlər. Məsələn,ABŞ-da “Megan Qanunu”na görə(pedofil-residivist tərəfindən zorlanaraq öldürülmüş Megan Kanka adlı 7 yaşlı uşağın ismi ilə bağlıdır) cinsi zorakılıq cinayətləri törətmiş amerikalı məhkumlar ümummilli siyahıya daxil edilərək yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bir sıra ekspertlər ABŞ-ın birçox ştatlarında tətbiq edilən kimyəvi axtalatma tədbiri ilə də razıdırlar.

Fransada isə 2005-ci ildən pedofillərə və digər cinsi zorakılığa meyilli şəxslərə cinsi fəallığı azaldan xüsusi kimyəvi preparat verilir. Nəticədə bu cür cinayətlərin sayı xeyli azalmışdır.

İldə könüllü olaraq 6-ya yaxın təcavüzkarın axtalanmaya məruz qaldığı Almaniyada rəqəmlər göstərir ki, əgər azadlığa buraxılmış adi pedofillər arasında yenidən eyni cinayəti törətmək şansı 84% təşkil edirsə, kastrasiyadan sonra təcavüzkarların cəmi 3 faizi təkrar oxşar əməl törədir. Bir müddət öncə qonşu Qazaxıstanda da uşaqbazlara qarşı kimyəvi axtalatma qanuniləşdirilmişdir..Ümumiyyətlə, beynəlxalq araşdırmalara görə,kimyəvi kastrasiya tətbiq edilən ölkələrdə uşaqlara qarşı cinsi cinayətlərin sayı 50% azalıb.

Belə bir tədbiri şərh edən Psixi Sağlamlıq Mərkəzinin direktoru Rüstəm Salayev pedofillərin çox zaman şüurlu olaraq özlərini xəstə və ya qüsurlu saymadıqlarını qeyd edib. “Düşünürəm ki, axtalatma, o qədər himanist olmasa da, haqq verilən cəza tədbiridir. Lakin bunu konkret kimlərə təbiq etməyi aydın şəkildə müəyyən etmək çox vacibdir. Burada cinayət meyillərinin müəyyən edilməsi üçün incə mexanizm lazımdır. Xarici təcrübəni tətbiq etməzdən öncə həmin üsulun bu növ cinayətlərinazalmasına harada və necə səmərəli kömək etdiyini dəqiq aydınlaşdırmaq lazımdır “, - deyə psixiatr vurğulayıb.

Görünür, ekspert haqlıdır, çünki bütün dünyada axtalatma üsulunun yayılmasına baxmayaraq onun nəticələrinin effektivliyi haqda birmənalı danışmaq olmaz. Doğrudur, statistika cinsi cinayətlərin azaldığını göstərir. Lakin rəqəmlər hər yerdə fərqlidir; bəzi yerlərdə əhəmiyyətli dərəcədə azalıb, başqa yerlərdə isə yalnız bir qədər. Bu səbəbdən də bəzi ölkələr öz qərarlarını kimyəvi axtalatmanın mütləq zəmanət verməməsi ilə izah edərək onun tətbiqindən imtina ediblər.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil