Gəncədə İcra Hakimiyyəti başçısının döyülməsi ilə bağlı - RƏSMİ MƏLUMAT
Hadise
Oxunub: 2 102
13 dek 2014 | 22:12
Gəncədə İcra Hakimiyyəti başçısının döyülməsi ilə bağlı - RƏSMİ MƏLUMAT


















Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Gəncənin Nizami rayonunun İcra Hakimiyyətinin başçısının və onun müavinin döyülməsi faktı ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, dekabrın 10-da saat 11:30 radələrində Gəncənin Cavad xan qəsəbəsində (keçmiş Avtozavod adlanan ərazidə) inşa edilmiş qanunsuz tikililərlə bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən Nizami Rayon İcra Hakimiyyətinin başçısı, onun müavini, həmçinin həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1 nəfər sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlardan İcra Hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Gəncə Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, xəsarət almış şəxslərin dairəsi müəyyən olunub və digər ilkin zəruri prosessual hərəkətlər aparılıb

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Səmədov Aqil Arif oğlu və Nağıyev Ərşad Elbəyi oğlu saxlanılıblar.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu