Doğuş zamanı faciə: Uşaq öldü
Hadise
Oxunub: 1 725
12 dek 2014 | 14:38
Doğuş zamanı faciə: Uşaq öldü


















“Bilmirik uşağın başına nə iş gəlib”.

Qubada doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

Ana salamat qalıb, körpə isə ölüb. 44 yaşlı ananın qohumları uşağın meyitinin qaytarılmamasından narazıdırlar.

Azerinfo.az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, öz körpəsini itirən bu dəfə Xaçmazın Xudat şəhər sakini, 44 yaşlı Zeynəb Seyidovadır. Onun bacılarının sözlərinə görə, hamilə qadın qan təzyiqi aşağı düşdüyündən evdə yıxılaraq zədə alıb. Zeynəb Seyidova ailə üzvləri tərəfindən əvvəlcə Xudat, sonra Xaçmaz xəstəxanasına aparılıb. İlk yardımdan sonra isə həkimlər tərəfindən Qubadakı Regional Perinatal Mərkəzinə çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma ana yıxılarkən uşaq zədə aldığından ölü doğulub.

Qohumları bildirir ki, təxminən bir sutkadır 7 aylıq doğulan körpənin meyiti onlara qaytarılmır.

“Dünəndən biz buradayıq, hələ bizə uşağı vermirlər, gətirib morqa qoyublar, morqda saxlayırlar. Dünəndən uşaq qalıb burda. Uşağı nə vermirlər, nə də bizə göstərmirlər. Bilmirik uşağın başına nə iş gəlib. Versinlər aparaq dəfn edək” – deyə bacısı Ceyran İsayeva bildirib.

Quba rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Əlyar Sərvərov uşağın ölümünü ananın zədə alması ilə əlaqələndirdi. Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı olunaraq ana xilas olunub, uşaq isə ölü olaraq götürülüb. Körpənin meyitinin ailəyə verilməməsinə gəldikdə isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov başqa bir hadisə də olduğundan bu prosesin bir neçə saat gecikdiyini söylədi.

Uşağın meyiti artıq ailəsinə təhvil verilib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırmalara başlanılıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu