Gədəbəydə kütləvi dava: Dostlar əvvəlcədən plan qurublar
Hadise
Oxunub: 1 711
9 dek 2014 | 12:25
Gədəbəydə kütləvi dava: Dostlar əvvəlcədən plan qurublar



















Onlar Alıyevi vəhşicəsinə döyüb, evin 20 metrliyinə atıblar.

Gədəbəydə kütləvi dava baş verib, xəsarət alan var. Dava zamanı bir nəfər ölümcül yaralanıb. Hazırda polis iştirakçıların saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Azerinfo.az Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisində qeydə alınıb. Qanlı münaqişə zamanı Düzyurd kənd sakini 23 yaşlı Elşən Alıyev ağır bədən xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

“Xəstə bizim şöbəyə gətirilərkən bədəninin müxtəlif nahiyələrində xəsarətlər vardı. İlkin tibbi yardım göstərilib. Hazırda müayinə və müalicələr davam etdirilir. Səhhətindən asılı olaraq sonrakı müalicə üçün reanimasiya şöbəsinə köçürülməsi planlaşdırılır”, - həkim Mehman Hüseynov bildirib.

Zərərçəkənin atası Valeh Alıyevin sözlərinə görə, oğlu həmyerliləri Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs tərəfindən döyülüb.

Bunun üçün dostlar əvvəlcədən plan qurublar. Məqsədləri isə onu öldürmək olub.

“Oğlumu Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs gəlib maşınla evdən aparıblar. Dəyirmandağı kəndində isə onu ölümcül döyüblər. Sonra isə gətirib evimizin 20 metrliyinə atıb gediblər. Planları ancaq öldürmək olub”, - zərərçəkənin atası Valeh Alıyev bildirib.

Faktla bağlı araşdırma aparılır. Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO