Paytaxt ərazisində yol qəzaları baş verib
Hadise
Oxunub: 1 963
11 noy 2014 | 21:02
Ötən gecə paytaxt ərazisində yol qəzaları baş verib. Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Paytaxt ərazisində yol qəzaları baş veribSuraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınan qəzada Şamxal Hüseynovun idarə etdiyi VAZ-2104 markalı avtomobil, qarşıdan gələn Orxan Babayevin idarə etdiyi VAZ-2107 ilə toqquşub. Nəticədə "04" də olan sürücü və sərnişini, o cümlədən "07"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. VAZ-2104-ün sürücüsü Şamxal Hüseynovun hərəkətləri polis əməkdaşlarında onun sərxoş olması şübhəsini yaradıb. Şamxal Hüseynov hətta ona ilkin tibbi yardım göstərilməsindən imtina edib.

Həkim və polislərin təkidindən sonra Şamxal Hüseynov təcili tibbi yardım avtomobilinə əyləşib. Onun sözlərinə görə, qəzada hər iki avtomobilin sürücüsü günahkar olub.

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yararsız hala düşən avtomobillər isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Polis əməkdaşlarının verdiyi məlumata görə, qəzanın baş verməsinə səbəb VAZ-2104 -sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

Zabrat-Maştağa yolunda isə "Qazel" markalı yük maşını 19 yaşlı Emin Muxtarova məxsus "VAZ 21015"-lə toqquşub. Qəza zamanı sürücü Emin Muxtarov və sərnişini Fərid Babayev ağır xəsarətlər alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yük maşınının sürücüsü və sərnişini isə hadisə yerindən qaçıblar.

Nərimanov rayonunda da yol qəzası baş verib. Yüksək sürətlə hərəkətdə olan Çanqan markalı avtomobilin xanım sürücüsü döngədə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə çırpılaraq aşıb. Yüngül xəsarətlər alan sürücünü çevrilmiş maşından hadisə şahidləri çıxarıblar. O, ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

http://kepeztv.az
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi